Körpədən sonra cinsi həyat

Körpədən sonra cinsi həyat
Cinsi Münasibət
10.09.2017 14
Dünyaya körpə gəldi və o gələli hər şey daha da gözəlləşdi....

Gözəlləşməsinə rəğmən, yataq otağı üçün də eyni şeyi söyləmək mümkünmü?

Evli cütlərin cinsi həyatı haqqında yazılan, çəkilən, eşidilən, ya da
görülən bir çox əfsanələr var. Belə ki, uşaqdan sonra cütlərin yataq
otağı monotonlaşır, sevişmə saatları həftədə bir dəfəyə düşür...

Bunların nə qədər doğru olması dəqiq olmasa da, körpədən sonra
evliliyin, xüsusilə də cinsi həyatın şəklinin dəyişdiyi doğrudur.
Beləliklə, iki adamın arasına girən üçüncü adam uşaqsa, köhnəsinə yaxın
bir cinsi həyata qovuşmaq illər ala bilir.

Hamiləlik əsnasında və doğum sonrasında ana-ataların cinsi həyatlarında çətinliklər yaşana bilir.

Uşaqla yatmağa davam etmək ana-ataların cinsi həyatına mənfi təsir edə bilir.



Bəzən belə bir sual ana və atanı narahat edir ki, cinsi həyatı
yaşadığında uşaq çox kiçik olsa da bunu anlarmı? Neçə yaşına qədər
uşaqla eyni yataqda və ya otaqda yaşana bilir?


Əvvəla uşaqla eyni yatağı paylaşmaq elə də "pis" bir vəziyyət deyil.
Amma çox gec yaşlara qədər davamlı olaraq eyni yataqda və ya otaqda
yatmaq uşağın bəzi bacarıqlarının inkişafına maneə törədə bilir. Bizim
mədəniyyətimiz baxımından, uşağın davamlı olaraq ana və atayla eyni
yataqda və ya eyni otaqda yatma müddətinin 2-3 yaş aralığında
sonlanması idealdır. Uşağın nizamlı olaraq məktəbə və ya körpələr eviyə
getməyə başlamadan əvvəl öz başına etibarlı bir şəkildə yatmağı
öyrənməsi bir tərəfdən uşağın, bir tərəfdən də ana və atanın özünü yaxşı
hiss etməsini təmin edir.

Uzun və davamlı olaraq uşaqla ana və atanın eyni mühitdə yatması hər
uşaq üzərində eyni təsirləri göstərmir. Amma uşağın ətrafındakılarla
əlaqələrindəki sərhədləri öyrənməsi çətinləşir. Özünün və ya
qarşıdakının xüsusi sahəsinin harada başlayıb harada bitdiyini
öyrənməsinin ən asan yolu "bura sənin, bura mənim" demək olur. Bundan
başqa, uşaqla eyni yataqda yatmaq, uşağın öz başına bir fərd olmasını
gecikdirən bir vəziyyətdir.

Uzun müddət ana-atasıyla yatan uşaqlarda özünə inam, və güvən hissinin inkişafı gecikir.



Otağını ayırarkən nələrə diqqət yetirmək lazımdır?

Ana və ata yatağı və ya otağı ayırmağa hazır olduğundan əmin
olmalıdır. Adətən valideynlər hazır olmadığı üçün bu müddət uzanır.
"Qıya bilmədim, çox ağladı, dözə bilmədim, bu gecə də bizimlə yatsa bir
şey olmaz" kimi cümlələr uşaq üçün müddətin get-gedə çətinləşməsinə
səbəb olur.

Buna görə də əvvəlcə otaqları niyə erkən ayırmadığınızı unutmayın,
uşağınızın fərdiləşmə müddətini, özünə inamını dəstəkləmək ilk
məqsədiniz olmalıdır. Hirsli bir mövqe bu məqsədi dəstəkləməz. Pilləli
bir müddət yaşamaq daha doğrudur. Yatana qədər yanında qalmaq, yanında
oturmaq, yatağına qədər yoldaşlıq etmək, həftə sonu bir gün birlikdə
yatmaq kimi qərarlar mərhələli bir keçiddə yaxşı ola bilir. Mərhələlər
arasında keçidlərin dəqiq olması və uşağınızın keçidi fərq etməsi
lazımdır.



Uşaq birlikdə yatmaqda israrçı olsa nə etməli?


Əsaslı və davamlılıq göstərmək şərtdir! Uşağın israr etməsi vəziyyətə
uyğunlaşmasında çətinlik çəkmək mənasını verir. Bunun üçün tutarlı bir
şəkildə, təyin etdiyiniz proqrama uyğun hərəkət etməniz, uşağınızın
sizə və beləcə özünə güvənməsini təmin edər. Sözlərinizi davamlı
dəyişdirməniz sizi uşağınızın gözündə etibarsız edə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!