Sadizm və Mazoxizm - Sadist Nədir?

Sadizm və Mazoxizm - Sadist Nədir?
Cinsi Münasibət
10.09.2017 80
 
  



Açıq saçıq kitablar ya da filmlərdə ən çox işlənən mövzuların başında sadizm və onu tamamlayan bir pozğun tutum olan mazoizm qarşımıza çıxan kəlmələrdir. Hətta eyni mövzulara «ədəbi romanlarda və bəzən də televiziyada belə rast gəlinməkdədir. Qərb dünyasının xüsusilə marağını çəkən bir pozğun tutumdur.



Sadizm termini, on səkkizinci əsrdə yaşamış bir Fransız soylusunun adından törədilmişdir. Adı Marguis de Sade olan bu yazar, öz pozğun davranışlarını detallı olaraq izah edən əsərlər yazmışdır. Çox təbii olaraq, indi sadizm olaraq xarakterizə edilən davranışlar ən köhnə tarixlərdən bəri bilinən və, tətbiq olunan şeylər idi; amma o zamana qədər adları qoyulmamışdı.



Sadist adam, yoldaşına müxtəlif yollarla ağrı çəkdirmədiyi təqdirdə cinsi zövq eşidə bilməyən və də orgazma çata bilməyən adamdır. Tək məqsədi yoldaşını tam mənasıyla öz hakimiyyəti altına almaqdır. Çox vaxt qarşısındakına ağrı çəkdirmək, sadistin orgazma çata bilməsi içi kafi olmaqla birlikdə, bəzən müxtəlif əziyyətlərlə başlayan birləşmə, normal bir şəkildə, yəni penisin döl yoluna girməsi ilə nəticələnə bilər.



Ancaq sadist, yoldaşının ağrı çəkdiyini, alçaq bir vəziyyətə düşdüyünü görmədən penisinin sərtləşməsinə yol aça biləcək qədər belə cinsi coşqu duymaz, və hələ coşğusunda hər hansı bir yüksəliş görülməz. İşin qəribə tərəfi bütün ağrı çəkdirmək istəyinə qarşı, sadist adam çox seyrək olaraq yoldaşını ciddi şəkildə yaralar. Sadizmin az qala bütün şəkilləri bir oyun havası içindədir; eynilə uşaqların oynadıqları oğru polis ya da döyüşçülük oyunları kimidir. Amma sadist adamın bu sərt gövdə və güc göstərilərinin gerisində çox dərin qayğılar yatmaqdadır. Ana atasının sevişməsini görən bir uşaq, atasının anasının canını ağrıtmaqda olduğuna inana bilər. Çox dərin cinsi coşğu, xarici görünüş baxımından çox iti bir ağrını xatırladar. Sadist adam, yoldaşının canını yandırmaq ehtiyacındadır. Bunu hər etdiyində şüuraltımdan bunları söyləməkdədir özünə: "bir dəfə daha sübut etdim ki qadın ölmür.. Demək atam da anamı öldürməmişdir…



"Yoldaşını qırmanclamaqdan zövq alan adam ilə, tanımadığı bir qadının zorla təcavüz edib sonra da onu öldürən adam arasında çox fərq vardır. Təcavüçülər eyni zamanda sadist ola bilərlər, amma tipik bir sadist olmadıqları qətidir.



Sadizmi tamamlayıcı xüsusiyyətdə olan bir başqa pozğun tutum da mazoizmdir. Mazoizm termini, on doqquzuncu əsrin sonlarına doğru yaşamış olan bir romançının adından törədilmişdir. Leopold von Sacher – Masoch, ağrı çəkməkdən xüsusi bir həzz alan kəslər haqqında romanlar yazmışdır. Hər iki cinsdən adam da mazoist ola bilər. Hətta bu cür impulsların bir bölümü normal sayıla bilər amma bəzi kəslər, ağrı çəkməkdən cinsi həzz duymaq kimi ruhi bir şikəstlik içindədirlər. Bu termin ümumiyyətlə gövdəsəl ağrı hissi və özünü alçaq bir vəziyyətdə görmədikcə cinsi coşqu hissi bilməyən və də doyuruya çata bilməyən kəslər üçün istifadə edilər. Qadınların tez-tez axtardıqları aşağıla dıcı vəziyyət özlərini bir fahişə yerinə qoymaq olub, mazoist qadınların çoxu ərlərindən pul almadıqca orgazma çata bilməzlər.



Sadist və mazoist kəslər, ana – ata ilə uşaq arasında olan «hökm etmək» – «boyun əymək» əlaqəsini hər vaxt yenidən yaratmaq məcburiyyətindədirlər. Bu səbəblə də yetkin yaşa gəldikləri halda yetkin əlaqələr qura bilməzlər.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!