Seks Bayatılar

Seks Bayatılar
Cinsi Münasibət
10.09.2017 120
Əzizim, Kür üstündən

Sal axar Kür üstündən

Bu tər şəfa təridi

Ölmərəm, dur üstümdən



Gözləri xumar indi

Yaş tökər, yumar indi

Çək şalın sinən üstə

Hər görən cumar indi!



Əzizim, alma məni

Nəzərdən salma məni

Apar sərraf yanına

Qəlp çıxsam, alma məni.



Ay çıxıbdı bədirli

Qapılar qoşa nərli

Girəydim yar qoynuna

Çıxaydim tərli-tərli



Mən aşığam Tərtərə

Bu yol gedir Tərtərə

Sinəni qoy sinəmə

Qoy qarışsın tər tərə…



Ay dolanır batmağa

Yuxum gəlmir yatmağa

Əllərim öyrəşibdi

Şux məmə oynatmağa



Bağdan bar iyi gələr

Nardan nar iyi gələr

Burax, dostunu öpüm

Ondan yar iyi gələr…
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!