Kişilərdə ilk gecə qorxusu

Kişilərdə ilk gecə qorxusu
Cinsi Münasibət
10.09.2017 18
Evliliyin ilk gecəsi uğursuzluq yaşayan və uzun müddət bununla mübarizə aparmaq çətinliyində olan cütlüklərin sayı çoxdur.



Qadınlar ilk gecə ağrı, qanaxma qorxusu yaşayarkən, kişilərdə isə xanımını cinsi baxımdan razı sala bilməmək və cinsi yaxınlıqda bacarıqsız olmaq qorxusu yaşanır.



Ümumiyyətlə, ilk gecə anlayışı çox böyüdülür. Qadınlar uşaqlıqdan ilk yaxınlığın ağrı verəcəyini, qanama olacağını öyrənərək böyüyürlər, ancaq bu qorxu sadəcə qadınlarda deyil, kişilərdə də yaşanır.



Kişilər bildirməsələr də, onlar da ilk yaxınlıqla bağlı çox düşünərlər. Özəlliklə ilk gecə bacarıqsız olma, ereksiya, ya erkən boşalma problemi ilə qarşılaşma qorxusu kişiləri daha çox bürüyür. Bu problemlərə diqqət ytirməyib müalicə almayan cütlüklər bununla ömür boyu yaşamalı olurlar.



"Cinsi yaxınlıq edə bilməmək‟ xəstəliyi ilk gecədə ortaya çıxar.



Bu xəstəlik 3 halda qarşıya çıxır.



Qadının qorxularından dolayı özünü sıxması və yaxınlığa icazə verməməsi zamanı ortaya çıxan vaginizm, kişinin psixoloji səbəblərdən dolayı cinsi yaxınlığa girə bilməməsi (sərtləşmə, bağlanma, erkən boşalma, cinsi istəksizlik) və cütlüyün cinsi məlumatının az olmasından dolayı yaranan bal ayı sindromu.



Bütün bu üç halın əsas səbəbi əslində cinsəlliklə bağlı öyrədilən mənfi düşüncə və bilgilərdir.



Qadınlar utandıqları üçün bu haqda bir şey öyrənməyə çalışmaz, kişilər isə porno film, ya internet məlumatlarından əldə etdiyi biliklərə əsasən ilk gecədən yanlış şeylər gözləyirlər. Bu problemi yaşamamaq üçün yeni evlənən hər cütlük evlənmədən əvvəl cinsəliklə bağlı doğru məlumatlandırılmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!