Mənə deyil ruhuma toxun!

Mənə deyil ruhuma toxun!
Cinsi Münasibət
10.09.2017 51
Cinsi həyat  mövzusunda indiki vaxtda həm psixoloji,  həm də tibbi cəhətdən bir çox araşdırma edilsə də  çıxarılan nəticə  toxunmanın, xüsusilə də doğru şəkildə toxunma texnikalarıyla yaşanan cinsi həyatın  hər cür problemi ortadan qaldıracağı istiqamətində oldu.

Əslində bu düşüncə yeni deyil, və tarixi 2 min il öncəyə gedir. İlk olaraq Hindistanda doğan Tantra adlı, cinsi həyatın əks olunduğu bu təlimdə cinsi həyatın  bədənin ehtiyacı olduğu qədər, ruh içində yaşanması lazım olduğu irəli sürülür. Tantraya  cismani və   ruhi toxunma sənəti demək olar. Çünki Tantracılar üçün cinsi həyat  uca bir gerçəkdir. Cinsi enerji, həyat enerjisinin qaynağı olaraq qəbul edilir. Buna görə cinsi həyat insana güc verir, həyat sevinci yaradır və cavanlaşdırır. Tantrada bəzi cinsi texnikalar öyrənilərək, cinsi birləşməyi uzatmaq və cinsi doyumu sonsuzlaşdırmaq isə ana hədəf olaraq önə çıxır.

Tantra ayinləri və üsulları ilə cinsi həyat  ulu, sirrli, mənəvi və dərinlikləri olan bir ünsiyyət olaraq qəbul edilir. Qadınlarda orgazm ola bilməmə, vaginismus və cinsi istək azlığı kimi funksional cinsi pozğunluqların müalicəsində  tantra üsulları istifadə edilə bilir. Kişilərdə isə erkən boşalmanın qarçısını almaqda  köməkçi olur.

Tantra təlimində qadın və kişinin rolunun bərabər olması lazım olduğu ifadə edilir:

"Qadının əhəmiyyəti və cinsi enerjisi daha diqqətə çarpan olur. Öyrənilən cinsi texniki və ayinlərlə qadın ilə kişi arasındakı cinsi enerji, normal sevişən bir cütün cinsi enerjisindən daha yüksəkdir. Bu üsullar kişinin uzun müddət cinsi birləşmədə olmasını və boşalmadan orqazma çatmasını öyrədə bilir.

Qadın isə tibbi seksologiyada  "multiorqazm" deyilən arxa arxaya orqazm ola bilmə qabiliyyətinə qovuşa bilir."скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!