İntim əlaqə insanları gözəlləşdirir

İntim əlaqə insanları gözəlləşdirir
Cinsi Münasibət
10.09.2017 29
Fərdi baxım və makiyaj məhsullarının qiyməti hər gün artırsa, təbiətin
bizlərə gözəlləşmək üçün təqdim etdiyi olduqca təsirli və əyləncəli bir
variant var: cinsi əlaqə. Düz edilən bir makiyaj ya da yerinə görə forma
verilmiş saç, qarşı cins üçün olduqca təsiredici ola bilər. Ancaq
təbiilik, ən cazibədar makiyajdır. Cinsi əlaqənin, heç bir məhsulun verə
bilməyəcəyi təbii gözəllik təsirləri aşağıdakılardır:

Özünə inam artırma təsiri: Ən əhəmiyyətli cinsi orqan beyinkən, sahib
ola biləcəyiniz ən cazibədar şey də özünə inamdır. "Partnerinizin ən
cazibədar yanı nədir?" sualına, ən çox verilən cavablardan biri "əndamı"
olmuş. 

Təbii makiyaj təsiri: Cinsi əlaqə sanki təbiətin makiyajıdır. Gündə 15
dəqiqəlik cinsi əlaqə, yanaqlarınızın təbii rənginə qovuşmasına,
dodaqlarınızın qırmızılaşmasına və dərinizin parlamasına köməkçi olar. 


Dəri baxımı təsiri: Dərinizi günəşdən qorusanız belə, kafi baxımı
etmədiyiniz zaman quruma ehtimalı vardır. Nizamlı qan axışı, dəriyə
lazımlı qidaları və oksigeni daşıyaraq, qırışıqlıqların və quruluğun
təmir edilməsinə köməkçi olar. Yaxşı qan axışını sürətləndirmənin və
dərini cavanlaşdırmanın ən əyləncəli yolu nədir? Təbii ki cinsi əlaqə.

Saç baxımı təsiri: Cinsi əlaqə, saçlarınıza da baxım edər. Sağlam qan
dövranı, sağlam saçlar deməkdir. Cinsi əlaqə, qan axışını
sürətləndirərək, saçlarınızı da qidalandırar və ən cazibədar təbii
görünüşünə qovuşdurar.

Məşq təsiri: Cinsi əlaqə, olduqca təsirli bir kardiyo məşqidir. Cinsi
əlaqənin qan dövranı üzərindəki təsiri, Zumba etməklə eynidir. İdman
etmək üçün kafi motivasiyası tapa bilmir olsanız da, formanızı qorumaq
üçün, partnerinize bir az vaxt ayırmanızda fayda var.

Rahatlaşdırıcı təsiri: Qırışıqlıqların digər adının "narahatlıq
xəttləri" olmasının bir səbəbi var. Ancaq heç bir qırışıqlıq kremi,
narahatlıqlarınızdan xilas olmanızı təmin etməz. Seks, ən təsirli stress
boşaltma üsuludur. Cinsi əlaqə əsnasında nəfəs alıb vermək, stressdən
təmizlənərkən, doyuma çatmanıza da köməkçi olar. Nizamlı cinsi əlaqə
isə, uzun davamlı rahatlama təmin edər. Cinsi əlaqə, 3 - 20 dəqiqə qədər
davam etsə də, rahatlaşdırıcı təsiri gün boyu üzərinizdə olacaq.

Cavanlaşdırıcı təsiri: Nizamlı bir cinsi həyatı olan kəslərin olduqları
yaşdan 2 ilə 8 yaş qədər gənc göründükləri deyilir. Cinsi əlaqə bütün
bunların yanında, infarkt, xərçəng və depressiya riskini də azaldır.
Yəni partnerinizle zaman keçirərək, zamanı geri almanıq mümkündür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!