İntim əlaqə olmadan yaşaya bilərsinizmi?

İntim əlaqə olmadan yaşaya bilərsinizmi?
Cinsi Münasibət
10.09.2017 9
Elə günlər olur ki, seks etmək bir işgəncəyə çevrilər. Canımız istəməz,
müxtəlif bəhanələr uydurar və yatağa girməmək üçün əlimizdən gələni
edərik. Amma bir gün gəlib tək qaldığımızda seks olmadan nə qədər yaşaya
bilərik?


1. gün
Hər şey bitdi, onunla ayrıldınız. Özünüzü əla hiss edirsiniz, doğrusu
yaxşı bir iş bacardınız. Bütün axşam tək başınıza oturub, əlinizdə böyük
bir kasa popkornla televizor seyr etmənin dadını çıxarırsınız. Seksmi? O
da nə? Seks olmadan da çox gözəl yaşana bilər. Bu işi bacaracağınızdan o
qədər əminsiniz ki. 

2. həftə
Son 2,5 il içində seks etmədən keçirdiyiniz ən uzun zamanı geridə
buraxdığınızı fərq etdiniz. Demək ki. seks, siqaret kimi asılılıq
etmirmiş. Hərçənd televizordakı, jurnal və qəzetlərdəki cinsəlik ehtiva
edən görünüş və şəkillər sinirinizə toxunmağa başladı. O qədər də olar
artıq. Özünüzü bir az gərgin hiss edir və meditasyon edərək rahatlamağa
çalışırsınız.


3. həftə
Ən yaxın dostunuz axtardı və "Tək olmanın nə qədər çətin olduğunu
bilirəm" dedi. Bilirmi? Haradan bilir? O, 14 yaşından bəri heç tək
qalmadı ki... Görəsən nə demək istədi? Bəlkə də sizə ağrıyır. Bu
vəziyyətdən nifrət edirsiniz və cinsəliyin o qədər də əhəmiyyətli
olmadığını özünüzə təkrarlayaraq, başınızdakı mənfi düşüncələri
uzaqlaşdırmağa çalışırsınız. 

6. həftə
Günlərinizi kompüterin başında oturub "chat"laşaraq keçirirsiniz. Onsuz
da başqa heç bir şeyə başınızı verə bilmirsiniz ki... Arada bir
İnternetdəki seks səhifələrinə girməyə çalışırsınız amma təbii bu heç
bir şey demək deyil. Yalnız maraq işdə! Bu vaxt chatlaşdığınız bir
qadın, 5 ildir heç kimlə yatmadığını söyləyir. Bu gerçək ola bilərmi?
Birdən-birə sinirləriniz pozulur və ani bir qərarla kompüteri bağlayıb,
radionu açırsınız.

3. ay
Ən yaxın dostunuz  axtardı, hamilə olduğunu düşünürmüş. Bütün ifadə
edilərin olduğunu söylədi. "Sən tərəfindən hamiləyəmmi? Ola bilmərəm
deyilmi? Mən nə edəcəyəm indi?" kimi sualları art arda sıralayır. Kişi
dostuyla başlarına gələn "qəzanı" ən incə detalına qədər izah etməyə də
laqeyd yanaşmır. Qəsdənmi edir nə? Tam da özünüzü pis hiss etməyə
başladığınız bu günlərdə... Onun bu qədər axmaq ola biləcəyinə
inanmadığınızı sərt bir dillə ifadə edirsiniz. Ürəyini qırdığını fərq
edirsiniz. Amma bu anda bunu düşünəcək vəziyyətdə deyilsiniz.

17. həftə
Ən sevmədiyiniz qonşunuz sizi ziyarətə gəlir. Bir bu əskik idi! Qırx
ildə bir özünüzlə baş-başa qalıb düşünmə fürsəti tapmışdınız və bu çətin
tutulmuş fürsəti onun üzündən qaçırdınız. Nəysə, kompensasiya etmək
üçün önünüzdə uzun günlər və gecələr var. (Əsl sinir pozucu olan da bu
onsuz da) Üstəlik qonşunuz boş danışmalarıyla içinizi sıxır. Onu
nəzakətli qovursunuz və tək keçirdiyiniz bu qədər həftə sonra ilk dəfə
seks olmadan yaşamanın heç də asan olmadığını özünüzə etiraf edirsiniz.

19. həftə
Gimnastika etməyə başlayırsınız. Nə də olsa kaloriləri atmanın ən gözəl
yolu sizin üçün artıq yox. Bir az daha hərəkətsiz qalsanız, bədəniniz
yaxşıca formasız bir hala gələcək. Əslində bunu qəbul etmək istəmirsiniz
amma... Seks gimnastikadan daha zövqlü idi yəqin.


20. həftə
Uzun zamandır sizdən xoşlandığını bildiyiniz bir kişilə axşam yeməyinə
çıxırsınız. Özünüzü onun səviyyəsiz zarafatlarına gülmək üçün məcbur
edirsiniz amma olmur. Sonunda ona hər şeyi izah edirsiniz. Mənalı mənalı
gülümsəyir və "Bir yerlərdə sənə uyğun yaxşı bir kişi olduğuna əminəm"
deyir. Özünü nəzərdə tutduğu o qədər aydındır ki... Amma siz yaxşı bir
kişi istəmirsiniz. Siz yalnız "onu" istəyirsiniz, köhnə kişi
dostunuzu...

24. həftə
Köhnə kişi dostunuz axtarır. Sizin üçün çox darıxdığını, aylardır sizi
düşünməkdən başqa heç bir şey edə bilmədiyini söyləyir. Siz də ona eyni
vəziyyətdə olduğunuzu söyləyir amma təbii ki, bütün detalları izah
etmirsiniz. Ertəsi axşam sizi görmək və itirdiyiniz zamanı kompensasiya
etmək istədiyini söyləyir və siz də dərhal qəbul edirsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!