Toy gecəsi haqqında bilmədikləriniz

Toy gecəsi haqqında bilmədikləriniz
Cinsi Münasibət
10.09.2017 23
Nikahın taleyi birinci toy gecəsi (zifaf gecəsi) həll olunur... Toy
gecəsini zorlama ilə başlamayın, belə hallar az olmur ki, bu cür "qanuni
zorlamadan" sonra qadın öz ərindən iyrənir.

 
Hətta gənc qadın düzgün cinsi tərbiyə almayıbsada kifayət qədər
tez-tez müşahidə olunur ki, onlar nikaha qədər hər-hansı bir səviyyədə
cinsi rəfiqələrin, kitabların, elmi-populyar tibbi jurnal və məqalələrin
sayəsində cinsi həyata hazırlanmışdır. Normal təzahür sayılır ki, o
həyəcan və qorxu ilə zifaf gecəsini gözləyir və inanır ki həmin gecə onu
öz sevimli əri ilə birləşdirir.
 
Zifaf gecəsi qadın hissiyyatının doğulmasında xüsusi vacib rol
oynayır. Kifayət sayda kişilərə məlum deyilki incəlik və anlayış
qadınlarda olduğu kimi cinsi əlaqəyə qarşı istilik və yaxud soyuqluq
yarada bilər. Bundan sonra qadının həyatında qarşısına çıxan adamla
çətinki bunu düzəldə və ya aradan qaldıra bilər.
 
Zifaf gecəsi romantika və incəliklə zəngin olmalıdır, çünki hər
bir insanın həyatında bu hadisə bir dəfə baş verir. Əgər ər öz gənc
həyat yoldaşına qarşıdırsa bu hal hansısa səviyyədə qadının
utancaqlığını aradan qaldırır və onu ehtiraslandırır.
 
Gənclər yatağa uzananda kişi qadının əsas eroqen zonalarını
(döşlərin gilələrini, budların daxili səthi və klitor) sığallamalıdır.
Məsləhət olardı ki, hətta bu sığallarnan kişi qadını orqazm dərəcəsinə
çatdırsın.
 
Sonrakı 2-3 saat ərzində bütün mümkün olan nəvaziş və ehtiyatla
deflorasiyanı (qızlıq pərdəsinin tamlığının pozulması) həyata keçirmək
lazımdı. Belə qadın soralar ərinin sığallarını minnətdarlıqla qəbul
edəcək, onları gözləyəcək və elə həmin məmnuniyyətlədə cavab verəcək.
Əgər gözlənilən nəvazişin əvəzinə qadın birinci nikah gecəsi kobudluqla,
istəklərin puç olması ilə qarşılaşırsa, gələcəkdə bu qadının
psixikasına mənfi təsir edəcək, buda soyuqluğun ilk mərhələsi olacaq.
Hətta cinsi həyatda ən təcrübəli kişilərə belə öz qabiliyyətlərini
bütünlüklə zifaf gecəsi nümayiş etdirmək məsləhət deyil, belə ki bu gənc
qadına heç də xoş olmayan təsir bağışlayar. Kişilər yadda
saxlamalıdırlar ki, qadının ərinə qarşı hörmətsizliyinin əsas
səbəblərinə zəif iradəliliyi, cəmiyyətdə yüksək olmayan mövqeni, fiziki
qeyri-cazibədarlığı və kobudluğu misal göstərmək olar. Ən başlıcası isə
cinsi münasibətlərdə kobudluqdur, əsasən də zifaf gecəsi.
 
Qızla oğlan arasında intim yaxınlıq, əsasən də zifaf gecəsi, tam
ayıqlıq vəziyyətində baş verməlidir. Bu müdrik qanun ən qədim
zamanlardan nikah mərasiminin əsasını təşkil etmişdir. Gənclərə spirtli
içkilər içmək və doyunca yemək qadağan olunur. Bu ona görə edilir ki,
lap kiçik miqdarda olsa spirtli içki cinsi aktivliyə təsir edə bilər, bu
da gələcək nəslin inkişafına pis təsir edə bilər. Belə hamiləlikdən
doğulmuş uşaqda müəyyən problemlər özünü kiçik yaşlarında göstərməsə də
uşaq böyüdükcə problemlərdə üzə çıxacaq.
 
Bəzən gənclərə müstəsna hal kimi əsəb gərginliyini və utancaqlığı
aradan qaldırmaq məqsədi ilə az miqdarda spirtli içkiyə icazə vermək
olar. Bundan başqa şampan şərabı hər hansı bir ölçüdə cinsi aktivliyə də
kömək edir. Saysız miqdarda sağlıqlar deyib spirtli içkilər qəbul etmək
isə yolverilməzdir.
 
Bir çox insanda belə bir düzgün olmayan fikir formalaşmışdır ki
deflorasiya ancaq zifaf gecəsi baş verməlidir. Həmişə belə olmur. Burada
təkcə cinsiyyət üzvünün sərtliyi əsas rol oynamır, həmdə qızlıq
pərdəsinin quruluşundan da çox şey asılıdır. Elə hallarda baş verir ki,
pərdənin sərtliyi o dərəcədə olur ki, onun yırtılması bir neçə cəhddən
sonra baş verir. Belə hallar seksual münasibətlərdə savadsız olan kişiyə
travma da gətirə bilər. Digər halda mümkündür ki, qızlıq pərdəsi ya
anadangəlmə olmur və yaxud idmanla məşğul olduqdan sonra bacarıqsız
yuyunmalar zamanı travma ala bilir. Bütün bunları hər iki tərəf
bilməlidir ki, sonradan inamsızlıq əmələ gəlməsin.
 
Əgər gənc ər seksual məsələlərdə savadsızdırsa və əvvəllər heç
vaxt qadınla olmayıbsa, belə olan halda ilk toy gecəsi onda da özünə
inamsızlıq və həyəcan hissləri yarada bilər. Bu vəziyyətdə ona atasının
və yaxud qardaşının məsləhəti çox kömək ola bilər. O bütün bunları toy
gününə qədər danışıb həll etməlidir. Seksual məsələlərdə daha təcrübəli
olan adamlar gənc ərə başa salmalıdırlar ki, hər hansı bir vəziyyətdə
özünü necə aparmalıdır. Əgər ilk cəhd uğursuz alınarsa, onda
uzunmüddətli sinir pozuntu və tormozlanmalar yarana bilər ki, bunun da
müalicəsi çox çətindir.
 
Birinci toy gecəsi qadının və kişinin həyatında sınma anıdır,
hətta onlar bu ana qədər cinsi münasibətlərdə olsalar belə. Gənc qadının
təkrarolunmazlığı və məxsusiliyi bütün ömrü boyu yadda qalmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!