Kişi öpüşündən iyrənən qadınlar

Kişi öpüşündən iyrənən qadınlar
Cinsi Münasibət
10.09.2017 34
İlk öpüşün qadın və kişi üçün dəyəri
Bəziləri bunu çox böyütsə də, bəzilərimiz normal bir hal kimi başa
düşürük. Amma qadınlar bu mövzunu biraz daha çox fikirləşirlər. Çünki
onlar üçün ilk öpüş çox vacibdir. Onlar bu ilk öpüşün xəyalını qurur,
kimlə olacağını fikirləşirlər. Bəs bu oğlanlarda  niyə belə deyil?

İlk öpüş onlar üçün sevgidir yoxsa ehtiras?
Bu insandan insana dəyişir, amma bəzi oğlanlarda, xüsüsən də ətrafında
çox qız tanışları olanlarda ilk öpüşün bir önəmi yoxdur. Onlar buna
yalnız ehtiras gözü ilə baxırlar. Bəlkə də sevdiyi xanım olsa belə
fikirləşməz, lakin buna da aldanmaq lazım deyil. Bəzi hallarda isə
öpdüyü xanıma " Həyatımda ilk dəfədir ki, bir qadını öpəndə, bu qədər
zövq aldım”- deyirlər. Buna inanıb inanmamaq isə artıq qızlarımıza
qalıb.

Qadınlar üçün ilk öpüş niyə bu qədər vacibdir?
Qadınlar ilk öpüşü demək olar ki, sevgiyə başladıqları andan etibarən
fikirləşirlər. Amma onlar üçün önəmli olan ehtiras yox, sevgini hiss
etdirməkdir. Bu da onlar üçün bir sınaqdır. Lakin bunu ilk dəfə
sevdikləri biri ilə edəndə onlar bundan zövq alır və unudulmaz bir
xatirə kimi yadda saxlayırlar. Amma sevmədikləri biri ilə öpüş onları
incidir, bəzi hallarda iyrəndirir, bəzi hallarda isə öpüşə nifrət
etməklərinə səbəb olur. Özlərini hörmətsiz və alçalmış hiss edirlər.
Bəzi hallarda oğlanlar buna məhəl qoymadan qızın istəmədiyini gördüyü
halda öpüşmək istəyir və onları buna məcbur edirlər.

Qadınlar ilk öpüşdükləri oğlanın gələcək həyat yoldaşı olmasını və
onunla birlikdə bir ömür boyu xoşbəxt yaşayacaqlarını istəyirlər. Bu isə
bəzi hallarda olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!