Qadınların yaşlarına uyğun cinsi əlaqə istәklәri

Qadınların yaşlarına uyğun cinsi əlaqə istәklәri
Cinsi Münasibət
10.09.2017 12
16-­25 yaş: romantizm

Cinsi hәyat hәlә başlanğıc nöqtәsindәdir. Gәnc qadını sabit bir cinsi hәyatdan daha çox әks cinslә әlaqә

qurmaq düşündürür. Hәr qarşılaşma yeni bir tәcrübәdir. Bu dönәmә damğasını vuran şey uşaqlıq xatirәlәridir.

Müdafiә mexanizmlәri çox güclüdür. Bir yandan macәra axtarır, digәr yandan müdafiә olunmaq istәyirlәr. Bu

yaşın әsas özәlliyi romantizmdir. Bir yandan cinsi hәyata maraq var, digәr tәrәfdәn isә hәmişә gecikәn bir

şahzadәni gözlәmәkdәdirlәr.



25-­38 yaş: yaradıcılıq

Duyğuların sabitliyә qovuşduğu yaşdır. Qadın, bәdәninә alışmağa başlayır. Gövdәsini tanıyır. Kişilәrlә yaxşı

münasibәtin necә qurulacağı haqqında düşünür. Cinsi hәyatla bağlı bәzi incәliklәri öyrәnib. Daha yaradıcı vә

birbaşa cinsi hәyatı kәşf edib. Ancaq 35 yaşdan sonra mәşhur "bioloji saat” çalışmağa başlayır. Seksdәn hәzz

alma duyğusu artır, analıq hissiyyatı әvvәlki kimi olmur. Amma gözlәnilәnlәrin әksi baş verәndә vәziyyәt

qәlizlәşir. Qadın cinsi hәyatdan zövq ala bilmirsә, iztirablar başlayır. Bu yaşın üstünlüyü qadının cәsarәtli

addımlar ata bilmәsidir. 30 yaşından sonra lazım olan şey daxili enerjini toplamaq, onu yaxşı bir istiqamәtә

yönәltmәk vә bu işin qulpundan möhkәm yapışmaqdadır.



38­-47 yaş: Cinsi hәzz vә şәhvәt

Bir qadının cinsi hәyat baxımından 40 yaşına girmәsi, daxili gerçәyi ilә üzlәşmәsi, bәdәni vә arzuları ilә harada

olduğunu anlamaq saatıdır. Analıq vәzifәlәrini yerinә yetirmәk duyğusu müstәqillik әvәz edir. Cinsi hәyat vә

şәhvәtә yenidәn üstünlük verilir. Cinsi hәyat tәbii şәkildә qadınlıq duyğusunun mәrkәzindә yer alır. Bu yaşın

әsas xüsusiyyәti qadının özünü sorğu­sual etmәsidir. O,bәdәni ilә nizamlı münasibәt qurar. Özünәvurğunluq

artar. Vә ilkinc bir mәqam: qadınların çoxu ilk orqazmını 38­47 yaşları arasında yaşadığını etiraf edir. Qadın

arzularının gücünü etiraf edәr, onu maskalamaz, inkar etmәz vә arzularından qaçmağa çalışmaz. Çünki cinsi

hәyat arzuları içәrisindәdir.

Pis xәbәr isә budur ki, bu yaşlarda aybaşı pozulmaları baş vermәyә başlayır. Bu da növbәti yaş dövrü üçün

problemlәri artırır. İlk problemlәr seksә marağı azalda bilir, bәzi hallarda qadınlar depressiyaya düşür,

nostalgiya artır. Yaxşı xәbәr isә budur ki, bu yaşlarda qadın cinsi problemlәri faciәyә çevirmir, lirik düşüncәlәri

ona daha çox hakim olur.



47-­50 yaş: Sorğu­suala tutmaq

Bu dövr çox önәmlidir. Çünki bu, "50 yaşa giriş ” anlamına gәlir. Verilәn suallara mütlәq cavab tapılmalıdır.

Artıq yaş keçir. Növbәti illәri qarşılamaq üçün özünә keçmişlә bağlı hәqiqi vә dürüst hesabat vermәlisәn.

Bunun üçün üç mәrhәlә var. Әvvәlcә qәt edilәn yolun hesabatı verilir. Qәt etdiyin yol mәqbul hesab edilir.

İrәliyә getmәk haqqında düşünülür. Daha sonra evlilik, bir yerdә olma nәzәrdәn keçirilir. Qadın bütün ömrü

boyu bunun qorunması üçün çalışıb, bu sәbәbdәn dә indi vәziyyәtin necә olduğuna baxar. Hansı vәdlәr yerinә

yetirilib, hansı işlәr görülmәmiş qalıb? Bu hesabat ayrılmaq, boşanmaq mәqsәdilә deyil, daha uğurla irәli

getmәk üçün verilir. Qadın bu dövrlәrdә cinsi hәyatını hansı şәkildә qurmaq mәqsәdilә çox oxuyur. Eyni

zamanda yaşlanmaq qorxusu artmağa başlayır. O, qorxularını ictimai fәaliyyәtlә azaltmağa çalışır.



50­-55 yaş: qasırğa, böyük qarışıqlıq

Bu yaş dövründә ciddi problemlәr başlayır. Aybaşının kәsilmәsi baş verir. Bax, bu, qadının hәyatında hәr şeyi

alt­üst edir, sanki bir qasırğa baş verir. Daxildә cinsi hisslәri yaşatmaq üçün böyük bir müqavimәt başlayar.

Aybaşının kәsilmәsi cinsi hәyatın sonu deyil. Bu yaşın әn gözәl xüsusiyyәti seks arzularının hәlә dә yaşaması,

hәm özünә, hәm dә yoldaşına bunu sübut etmәk mәcburiyyәtidir.



55 yaşdan sonra

Pis xәbәr budur ki, 65 yaşa qәdәr qadının sәhhәtindә problemlәr yaranır. Daha bir xәbәr odur ki, seks istәyi bu

yaşda da ola bilәr. Әgәr istәdiyini tapa bilsә, hәtta orqazm da yaşaması mümkündür. Bu yaşda seks duyğusal bir

oyun deyil, sadәcә, doymağa yönәlik bir addımdır. Ancaq bәdәn artıq o bәdәn deyil. Bu sәbәbdәn ağır bir

depressiya yaşanır, qadın sanki hәyatdan qopub. Bu yaşda qadını ayaqda saxlayan şey yaşamaq eşqi vә

tarazlıqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!