Cinsi zəka və seks həyatı!

Cinsi zəka və seks həyatı!
Cinsi Münasibət
10.09.2017 21
Yaşınız və bədəninizin əhəmiyyəti

"Əgər yetkin bədəninizlə seksə gənc yetkinlər kimi yaxınlaşsanız,
problem yaşayarsınız. Əgər seksə mövcud vəziyyətinizə daha uyğun bir
baxımdan baxıb, öz yaşınıza uyğun bir partner tapsanız və zaman və məkan
məhdudlaşdırması qoysanız, çox güman cinsi fəaliyyətdən aldığınız zövq
daha çox olacaq."

Yəni cinsi zəka yaşla və bədənimizlə pararlel bir şəkildə inkişaf edir.
Gənc bir kişinin cinsi zəkası, yetkin bir kişi ilə əsla eyni ola bilməz.



"Seksual"ın tərifini dəyişdirin

Medianın ön plana çıxartdığı "gənc olan seksualdır" düşüncəsindən xilas
olun. Bu düşüncə yalnız gerçək xarici deyil, eyni zamanda da sizin
özünüzü pis hiss etmənizə və cinsi əlaqədə bu düşüncələrdən yana
müvəffəqiyyətsiz olmanıza gətirib çıxarır.

Bunun yerinə "seksual" sözünün tərifini özünüz edin! Bəziləri üçün
mükəmməl bir zarafat anlayışına sahib olmaq son dərəcə seksual ola
bilərkən bir başqası üçün yataq otağında yeni şeylər sınamaqdan
xoşlananlar seksual ola bilər.



Yastıq söhbəti!

Yastıq danışmaları xüsusilə cütlərin ortaq cinsi zəkalarını inkişaf etdirmələri baxımından bənzərsiz bir üsuldur.

Cütlərin öz özlərinə sekslə əlaqəli problemlərini həll edə biləcəkləri
mükəmməl bir mühit yaradan yastıq söhbətləri, cütlərə ən böyük
tövsiyədir.

Bir-birinizi qırmayacaq bir şəkildə kiçik mövzulardan böyük və
əhəmiyyətli danışmalara yumşaq keçişlər edərək bir-birinizin yataqdakı
gözləmələrini öyrənə bilər, etdiyiniz səhvləri düzəldə bilərsiniz.



Şamlar
və gül yarpaqlarından bəhs etmirik,amma, edə bildiyiniz qədər sizin və
partneriniz üçün rahat və isti bir atmosfer yaratmağa çalışın.

Otaq ətiri ya da vanil esanslarını istifadə edərək sadə bir ambiyans tuta bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!