Prezervativ seksdən alınan həzzi azaldır?

Prezervativ seksdən alınan həzzi azaldır?
Cinsi Münasibət
10.09.2017 57
Ginekoloqlar və seksopatoloqlar cütlükləri prezervativdən istifadə
etməyə çağırsa da, onun istifadəçilərinin sayı günü-gündən azalır. Buna
səbəb isə prezervativin seksdən alınan həzzi azaltdığının iddia
olunmasıdır.



Qadınların çoxu hamiləlikdən qorunmaq üçün fərqli üsullara müraciət
edirlər və partnyorlarına inandıqları üçün cinsi əlaqə zamanı yoluxan
xəstəliklərdən qorxmurlar.



Ancaq ginekolqlar bu fikirdə deyillər. Mütəxəssislər bildirirlər ki,
sadəcə QİÇS kimi təhlükəli xəstəliklər yox, eləcə də qrip, göbələk və
digər xəstəliklər də cinsi yolla yoluxa bilər. Ona görə də daimi
partnyorunuzla cinsi əlaqəyə girmədikdə mütləq prezervativdən istifadə
etmək lazımdır.



Seksopatoloqlar bildirirlər ki, prezervativin seksdən alınan həzzi
azaltdığı iddiası yalandır. Bunu deyənlər böyük ehtimalla ucuz qiymətə
satılan prezervativdən istifadə edənlərdir. Çünki son illər
prezervativin bir çox növü satışa buraxılıb.



Vibrasiya effektli

Onlar arasında kişinin performansını artıran, vibrasiya yayaraq qadına
və kişiyə daha çox həzz verən, qoxulu, hətta meyvə ətirli qoxulu
olanları da var. Mütəxəsisslər keyfiyyətli prezervativdən istifadənin
çox önəmli olduğunu bildirirlər.



Onların sözlərinə görə, son 5 ildir ki, prezervativlər daha da incəlib.
Yəni artıq istifadə zamanı hiss edilməyən prezervativlər mövcuddur.



Məlumdur ki, seksdən alınan həzz əsasən, beyinlə bağlıdır. Yəni beyində
sekslə məşğul olmaya hazır olan cütlüklər daha çox zövq alırlar və daha
sağlam cinsi həyatları olur. Prezervativin həzzi azaltdığını iddia edən
cütlüklərin bu fikri beyinlərinə yeritdikləri üçün seks zamanı rahat ola
bilmədikləri təxmin edilir.



Bir sözlə, prezervativ iddia edildiyi kimi seksin ləzzətini azaltmır,
əksinə doğru istifadə edilsə daha çox həzz almağa kömək edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!