Cinsi həyata mənfi təsir edən aludəçilik

Cinsi həyata mənfi təsir edən aludəçilik
Cinsi Münasibət
10.09.2017 21
Spirtli içkilərin zərərlərini saymaqla qurtaran deyil. Araşdırmalar
demək olar ki, hər gün spirtli içkilərin daha bir zərərini ortaya
çıxarır.



Spirtli içki qəbul olunduqda daxili orqanlar onu yad cisim kimi qəbul
edir və bədəndən atmaq üçün fəailiyyətə başlayırlar. Normadan artıq olan
bu fəailiyyət daxili orqanların daha tez yorulmasına və funksiya
pozğunluqlarına gətirib çıxarır.



Spirtli içkilər ilk növbədə beyinə təsir edir. Əvvəlcə beyinin
fəailiyyətini sürətləndirsə də, bu sürət getdikcə azalır və insan özünü
idarə edə bilmir. Beynin hərəkət funksiyalarının yerinə yetirildiyi
beyin hissələrinə təsir etdiyi üçün bacarıq, refleks və hərəkət gücü
pozulur.



Spirt ağciyərlərə də mənfi təsir edərək onun oksigenlə daimi təminatını
pozur. Spirtin qaraciyər üzərində mənfi təsiri isə qaraciyərin
yağlanması, iltihab baş vermə riski və serrozun yaranmasıdır.



Spirtli içkiyə vərdiş edən insanlarda ürək döyüntüləri yüksək templidir. Bu yüksək temp ürək təzyiqinin yüksəlməsinə səbəb olur.



Mütəxəsislər deyirlər ki, son illərdə cinsiyyət orqanlarının xəstəlikləri ilə üzləşən insanların sayı sürətlə çoxalır.



Bunu spirtli içki ilə əlaqələndirən alimlərin sayı kifayət qədərdir.
Alkoqol cinsi istəyi azaldır və ehtirassız, sadəcə içməkdən həzz alan
bir insan yaradır. Spirtli içkilərdən istifadə edən qadınların da cinsi
həyatlarından məmnun olmadıqları və seks tələbatlarının azaldıqları
müşahidə olunub.



Bu içkilərdən həddinən artıq içmək xarici görünüşə, xüsusilə, dəriyə də
təsir edir. Daxili orqanlar xəstələndiyi və fəaliyyətləri pozulduğu üçün
bədən təmizlənə bilmir. Nəticədə üz qırışır, dəri solur, dərinin rəngi
tündləşir, ağızda əyilmələr, dodaqda göyərmələr müşahidə olunur.



Spirtli içki aludəçisi olduğundan şübhələnənlərin dərhal mütəxəssisə müraciət etmələri və müalicə almaları tövsiyə edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!