Sekslə məşğul olmaq üçün ən ideal vaxt

Sekslə məşğul olmaq üçün ən ideal vaxt
Cinsi Münasibət
10.09.2017 53
Bədəndəki proseslər hər saat dəyişir. Günün fərqli saatlarında bədəndə
oyanma və passivləşmə baş verir. Bədəninizin fəaliyyət təqvimini
bilsəniz, seksdən daha çox həzz ala bilərsiniz. Çünki sekslə məşğul
olmaq üçün doğru məkan qədər doğru zaman da önəmlidir.



1. Kişilər
səhərlər ereksiya halında oyanırlar. Kişilər üçün ən ideal seks vaxtı
səhər saat 8-dir. Ona görə də səhərlər sekslə məşğul olduqda daha çox
həzz alırlar.



Qeyd edək ki, cinsi qıcıqlandırıcının təsirindən cinsi orqana gələn
arterial qanın axınının bir neçə dəfə yüksəlməsi, cinsi orqandan gedən
venoz qanın axınının isə bir neçə dəfə zəifləməsi səbəbindən cinsi orqan
daxilində qanın ləngiməsinin nəticəsində cinsi orqanın sərtləşməsi
(bərkiməsi) prosesinə ereksiya deyilir.



2. Qadınlar üçün vəziyyət bir qədər fərqlidir. Qadınlar gecələr seksə daha meyilli olurlar.



3. Sekslə məşğul olmaq üçün ən ideal vaxtlardan biri də istirahət zamanlarıdır.



Əgər həm siz, həm də həyat yoldaşınız işləyirsə, öpüşməyə belə vaxt tapa
bilməmək problemi ilə üzləşməyiniz labüddür. Ona görə də tətilləri
yaxşı dəyərləndirin. Xüsusilə də bayram tətillərində yüksək ab-havanın
olması və səhərlər tez oyanmaq stressinin olmaması seksdən alınan həzzin
artmasına səbəb olur.



4. Araşdırma
nəticələrinə görə, qadınlar aybaşı olmadan bir gün öncə sekslə məşğul
olsalar seksdən maksimum həzz ala bilərlər. Bu dövrdə bədən və cinsiyyət
orqanında su yığılır, ona görə də qadın daha həssas olur. Orqazm olmaq
asanlaşır və seks daha həyəcanlı hala gəlir.



Onu da qeyd edək ki, ay başından öncə sekslə məşğul olmaq bu prosesin
daha ağrısız keçməsinə səbəb olur. Səbəb isə orqazm zamanı istehsal
olunan maddələrin ağrıkəsici funksiyasının olmasıdır. Həssas
günlərinizdə aqressiv olmamaq üçün də bu əla üsuldur. Yorğun və halsız
olsanız da, siz də bir dəfə ayıbaşından öncə sekslə məşğul olmağı
sınaqdan keçirin. Bir çox mütəxəssis bunun qadın xəstəliklərindən də
qoruduğunu vurğulayır.



5. Həm
kişilər, həm də qadınlar üçün ən ideal seks zamanlarından biri də
idmandan sonrakı saatlardır. İdman etdikdən sonra insanın özünə güvəni
artır və xoşbəxtlik hormonu istehsal olunur. Nəticədə yataqda daha
ehtiraslı və rahat olursunuz. Əlbəttə, bu saydıqlarımız seksdən həzz
almaq üçün çox vacibdir.



6. 40
yaşını keçən qadınlar gecələr özlərini yorğun hiss edirlər. Əvvəlki
illərdən fərqli olaraq saat 22:00-23:00 arasında yuxuya getməyə
başlayırlar. Bu bir çox cütlük arasında problemə çevrilir, hətta cinsi
həyatlarının bitməsinə, yataqlarının ayrılmasına qədər gedib çıxır.
Ancaq bu problemin çox asan həlli var. Sekslə məşğul olmaq üçün gecəni
gözləməyin. Axşam saat 19:00 və ya 20:00 sizin üçün ideal vaxtlar ola
bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!