Seksdən sonra bunları demək olmaz!

Seksdən sonra bunları demək olmaz!
Cinsi Münasibət
10.09.2017 33
Sevişərkən partnyorla danışmaq, onun qulağına xoş sözlə fısıldamaq ona
həzz verə bilər. Ancaq sevişmə bitdikdən sonra danışmamaq daha yaxşıdır.
Ən əsası da bəzi qadağan olunmuş ifadələr var ki, ürəyinizdən keçsə də,
onları dilinizə gətirməyin. Çünki seksdən sonra iki tərəfin də pis
vəziyyətə düşməsinə səbəb olacaq dialoq münasibətləri korlayır.
Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, davamlı olaraq
belə sözlərdən istifadə etmək əlaqənin bitməsinə və ayrılığa gətirib
çıxara bilər.
İnsanların
cinsi istəyini azaldan və cütlükləri bir-birinə düşmən olmaq həddinə
gətirib çıxaran bu cümlələri yadda saxlayın, ancaq heç vaxt istifadə
etməyin!.

Yataqda deməməli olduğunuz sözlər:

 

"Elə bu?”

Partnyorunuzun
cinsiyyət orqanı istədiyiniz böyüklükdə olmaya bilər. Ancaq bunu onun
üzünə deyib münasibətləri korlamaq lazım deyil. Sadəcə pozanı dəyişib
daha çox həzz aldığınız vəziyyəti tapın.

 

"Burnundan nəfəs ala bilərsən?”

Qarşı tərəfin
ağzından iy gəlirsə bunu ona daha nəzakətli şəkildə deyə bilərsiniz.
Həm də bunu yataqda deyil, uyğun bir şəraitdə desəniz, daha yaxşı olar.

 

"Qarnıma və sellülitimə baxma”

Qüsursuz insan yoxdur, hamının qüsuru var. Özünüzə inanın, əmin olun ki, sevişərkən partnyorunuz qüsurlarınızı görmür.

 

"Qurtardı?”

Seksin çox
tez başa çatması əsəblərinizi poza bilər. Ancaq bunu partnyorunuza açıq
şəkildə demək düzgün deyil. Çünki onun özünə inamını azalda və cinsi
həyatdan soyuda bilərsiniz. Əgər seks sizi təmin etməyibsə, bir az
istirahət etdikdən sonra yenidən ona yaxınlaşın.

 

"İşıqları söndürək”

Bu ifadə
özünüzə inanmadığınızı, qüsurlarınızı gizləməyə çalışdığınızı və
partnyorunuzdan utandığınızı göstərir. Bu kişilərin xoşuna gəlmir, onlar
özünə inana qadınları daha seksual hesab edirlər. Ona görə də işıqları
söndürməyin. Sevişərkən onun gözlərinə baxın və həzz alın.

 

"Zəngə cavab verməliyəm”

Sevişərkən
və ya sevişdikdən sonra gələn zənglərə dərhal cavab vermək çox pis
davranışdır. Bunu edən kişi və ya qadın partnyoruna dəyər vermədiyini
hiss etdirir. Telefonları ya söndürün, ya da zənglərə cavab verməyin.

 

"Çalış makiyajım pozulmasın”

Bu sözləri
eşidən kişilərin başından bir vedrə qaynar su tökülür. Onları ən çox
əsəbiləşdirən hərəkətdir. Baxımlı olmaq hər qadın üçün yaxşı
xüsusiyyətdir, ancaq yataqda makiyaja yer yoxdur. Çalışın anın dadını
çıxarın. Makiyajı sonra yeniləmək olar.

 

"Ora toxunma ağrayır”

Seks zamanı
partnyorunuzu idarə etmək və onu həzz aldığınız bölgələrə yönləndirmək
normaldır. Ancaq bunun nəzakətli üsulları da var. Yataqda partnyorunuza
çoxlu qadağalar qoysanız, sizdən bezəcək və daha azad ola biləcəyi
insanlara meyl edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!