Ona yataqda yaxşı olmadığını necə deməli?

Ona yataqda yaxşı olmadığını necə deməli?
Cinsi Münasibət
10.09.2017 15
O, sizə gül alır. O, çox diqqətlidir. Hətta ananızın da xoşuna gəlir.
Amma səhərlər siz yuxudan partnyorunuz tərəfindən məyus edilmiş halda
oyanırsınızsa, o zaman cinsi həyatınız qaydasında deyil. Bu yazıdakı
məsləhətlərdən istifadə edərək, siz qarşı cinslə yataqdakı
münasibətlərinizi qaydasına sala bilərsiniz.
 



1) Əvvəlcə
müəyyən edin. Sizin üçün "mükəmməl cinsi münasibət” nədir?! Əgər siz
yataqda nə istədiyinizi özünüz dəqiq bilirsinizsə, onda qarşı tərəfi
yönləndirmək asan olacaq.

 

2) Proses
zamanı müəyyən göstərişlər verməkdən çəkinməyin (təbii ki, təvazökarlığı
qorumaq şərti ilə). Amma daha effektiv üsul yatağa yollanmamışdan
qabaq, sizin nələrə üstünlük verdiyiniz haqda söhbət etməkdir. Amma
mütləq nəzakətli olmaq lazımdır. Əks halda sən ona əbədi olaraq
yarımçıqlıq kompleksi aşılaya bilərsən. Daha çox sənin nələr xoşuna
gəlir, nələr istərdin, bax, bu haqda danış və onu səhvlərinə görə
qınama.

 

3) Düşün ki,
sənin tələblərin reallıqlara nə qədər uyğundur. Ola bilər, sizin seksual
həyatınız ona görə monoton görünür ki, sən bir xeyli erotik roman
oxumusan və ya böyüklər üçün nəzərdə tutulan bir neçə filmə baxmısan?

 

4)
Eksperimentlər aparmağı sınaqdan keçirin. Nə qədər çox birlikdə
təcrübələrə həyata keçirsəniz, bir-birinizi o qədər yaxşı
tanıyacaqsınız. O, sənin bədənini yaxşı tanıdıqdan sonra onunla necə
davranmaq lazım olduğunu müəyyən edəcək. Sən özün uğurun sirrini dəqiq
bilmirsənsə, sınaqlar və səhvlərdən sonra o, sənə uğurun açarını gətirə
biləcək.

 

5) Unutma ki,
seks münasibətlərdə mühüm yer tutur. Əgər o seksual həyatınızı
yaxşılaşdırmağa çalışırsa, onda sənin səylərin hədər deyil. Əgər o səni
daha çox həzzə çatdırmağa çalışmırsa və sənin arzularına qulaq asmırsa,
onda bu pis əlamətdir. Güman ki, onun sizə qulaq asmamağı özünü təkcə
münasibətlərinizin seksual sahəsində göstərməyəcək... Bu halda ayrılmaq
daha məsləhətlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!