Kişilər qadının orqazm olmasını niyə istəyir?

Kişilər qadının orqazm olmasını niyə istəyir?
Cinsi Münasibət
10.09.2017 107
Qadınların çoxu seks zamanı orqazm ola bilmir. Ancaq qadınının orqazm
olması özünə faydalı olmaqla yanaşı partnyorunun da daha çox həzz
almasına səbəb olur. Bəs kişilər qadının orqazm olmasını niyə
istəyirlər?



Bacardığını hiss etmək istəyir

Fanatı olduğu  futbol klubunun qalib gəlməsi onu necə sevindirirsə,
birlikdə olduğu qadını yataqda təmin etmək də ən az o qədər zövq verir.
Kişilər üçün orqazm həyəcan deməkdir və qadını həyəcanlandıra bilmək
onlar üçün önəmlidir. Bu zaman kişilər özlərini qəhrəman kimi hiss
edirlər.



Orqazm sevgililərin bir-birinə bağlanmasına səbəb olur

Orqazm zamanı ifraz olunan oksitosin adlı hormon həm insanın özünə
inamını artırır, həm də cütlüyün bir-birlərinə bağlanmasına səbəb olur.



Araşdırmalar göstərir ki, uzun müddət evli qalan cütlüklərin demək olar
ki, hamısı seks həyatlarının möhtəşəm olduqlarını bildirirlər.
Tədqiqatların nəticələrinə görə, cinsi əlaqə zamanı eyni vaxtda orqazm
olan partnyorlar daha uzun müddət evli qalırlar.



Ən təbii halınızı görmək xoşlarına gəlir

Qadınlar həmişə davranışlarını, danışıqlarını nəzarətdə saxlayırlar.
Ancaq sevişərkən hər qadın içindən gəldiyi kimi hərəkət edir. Qadının
əsl təbiəti seks zamanı üzə çıxır. Bu da kişiləri dəli edir. Çünki heç
kimin görmədiyi ən təbii halınızı gördüyünü, sizi hamıdan yaxşı
tanıdığını düşünür və bundan xoşbəxt olur. Kişilər qadının təbii
halından  ən az striptiz şou qədər təsirlənirlər.



Səsiniz onu dəli edir

Qadınlar səslərinin tonunu ya çox əsəbiləşəndə, ya da həddən çox sevinəndə qaldırırlar.



Ancaq orqazm zamanı özünüzdən asılı olmayaraq, çıxardığınız səslər
kişilərin yaddaşına yazılır. Onlar sevişdikləri qadınların səslərini
əsla unutmurlar. Bu səslər kişilərin ağlını başından alır.



Sizi xoşbəxt etmək ona zövq verir

Kişilər sevdiyi  qadının gülümsəməsini görmək üçün bir çox üsuldan
istifadə edirlər. Kimi çiçək alır, kimi ən yaxşı ləl-cavahiratı seçmək
üçün saatlarla vaxt sərf edir. Ancaq hər bir kişi mükəmməl orqazmın
bütün hədiyyələrdən daha təsirli olduğunu bilir.



Qızardığınızı görmək üçün ürəyi gedir

Cinsi əlaqə zamanı həm çox enerji itirdiyiniz, həm də həyəcanlandığınız
üçün üzünüz və bədəninizdəki bəzi hissələr qızarır. Bu, kişilərin çox
xoşuna gəlir.



Təkrarlanan orqazmlar

Bir kişi seksual bir qadınla, çox da gözəl olmayan ancaq cinsi əlaqə
zamanı dəfələrlə orqazm ola bilən qadın arasında qalsa, ikinci seçər.
Çünki belə qadınlar kişinin özünü daha güclü və yaraşıqlı hiss etməsinə
səbəb olurlar. Ancaq bu hər qadına nəsib olan xüsusiyyət deyil.



Sədaqətli olduğunuza inamı artır

Kişilərin fikrincə, seks zamanı orqazm olan qadın daha sədaqətli olur. Çünki onun başqa birinə ehtiyacı qalmır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!