Kişiləri başdan çıxaran qoxular və qidalar

Kişiləri başdan çıxaran qoxular və qidalar
Cinsi Münasibət
10.09.2017 23
Seksopatoloqlar illərdir ki, ideal seks müddəti üzərində mübahisə
edirlər. Bəziləri iddia edirlər ki, ideal seks müddəti 7-13 dəqiqədir.
Bəziləri də ideal seks müddətinin illər içərisində dəyişildiyini
bildirir. Belə kİ, onların fikrincə 1938-ci ildə aparılan araşdırmalar
ideal seks müddətinin 2 dəqiqə olduğunu sübut edib. 1942-ci ildə bu
müddət 10 dəqiqəyə qədər artıb, 1955-ci ildə isə 16 dəqiqə olduğu
açıqlanıb.

Ancaq son araşdırmalar mütəxəssislərin yanıldığını göstərdi. Belə ki,
tədqiqatlar sübut etdi ki, ideal seks müddəti hər cütlük üçün fərqlidir.
Bir cütlük üçün 7 dəqiqə kifayət etdiyi halda, digəri üçün 30
dəqiqəlik, hətta 1 saatlıq seks ideal hesab olunur.

Odur ki, cütlüklər bunu öz aralarında müəyyənləşdirməlidirlər.

Seksopatoloq Erik Korti gecədən səhərə qədər sevişdiklərini iddia edən
cütlüklərə inanmadığını, cinsi əlaqə zamanı müddətin deyil, performansın
önəmli olduğunu deyir.

Erik hətta 15 dəqiqəlik seksi belə unudulmaz etmək üçün daim formada
olmağı məsləhət bilir. Məşhur seksopatoloq cinsi həyatından məmnun olmaq
istəyənlərə afrodizyakları məsləhət görür.

Həm qadınları, həm də kişiləri başdan çıxaran bəzi qoxular var ki, bunlar ən təsirli afrodizyaklar hesab olunurlar.



Lavanda yağı

Bir neçə damcı lavanda yağı qoxusu cinsi baxımdan təhrik olmanıza səbəb olur. Bu partnyorunuz üçün də keçərlidir.



Vanil

Mükəmməl bir gecə keçirmək istəyirsinizsə, partnyorunuzla yataq otağına keçmədən öncə vanil qoxulayın.



Minaçiçəyi

Bir çimdik minaçiçəyi qurusunu bir stəkan suda qaynadın və otağın bir
köşəsinə qoyun. Bu qoxu cinsi istəyi artıran xüsusiyyətə malikdir.



Yasəmən gülü

Bu gülü də 1 stəkan suda qaynadıb qoxusunun otağa yayılmasını gözləyin.
Yasəmən gülü insanı təhrik edən və cinsəl arzuları oyandıran xüsusiyyəti
ilə fərqlənir.



Darçın

Darçın qoxusu testosteron hormonunun səviyyəsini yüksəldir. Bu da cinsi istəyin artması ilə nəticələnir.



Yanıq şəkər tozu

Şəkər tozunu yandırın və bu qoxunun otağa yayılmasını gözləyin. Bu qoxu
həm seks istəyini artırır, həm də cinsi performansın daha yüksək
olmasına səbəb olur.



Portağal qoxusu

Portoğalın qoxusu insanı bihuş edəcək qədər gözəldir. Odur ki, onun
qabıqlarını yataq otağınızın müxtəlif yerlərinə qoyun. Tənbəllik
etməsəniz, portağal qabıqları ilə mum hazırlaya bilər və ya belə mumları
hazır halda ala bilərsiniz.



Yaşıl alma

Yaşıl alma qoxulamaq insanın seks tələb etməsi ilə nəticələnir. Odur ki, çalışın evinizdə həmişə yaşıl alma olsun.



Popkorn

Nə qədər təəccüblü olsa da, bu qoxu kişilərə seksi xatırladır. Odur ki,
gecələr televizorun  qarşısına keçəndə əlinizdə popkorn da olsun. Bəlkə
bu üsulla həyat yoldaşınızı futboldan ayırıb yataq otağına apara
bildiniz.



Banan

Bananın qabığında bufotenin adlı bir maddə var. Bu maddə insana narkotik
kimi təsir edir, özünə inamı artırır. Bu maddə qadınların özlərini daha
seksual hiss etmələrinə kömək edir. Odur ki, bol-bol banan yeyib,
qabığını qoxulayın.



Badam

Badamın tərkibindəki E vitamini sağlam sperma üçün çox önəmli rol
oynayır. Badam yağı isə seks zamanı istehsal olunan hormonların
səviyyəsinin daha da yüksəlməsini və beləliklə daha çox həzz almağınıza
kömək edir. Seksdən öncə partnyorunuzu badam yağı ilə masaj edin.



Xiyar

Xiyar qoxusu xüsusilə də qadınlar üzərində çox  təsirlidir. Həm qadının
özünü rahat hiss etməsinə, həm də cinsi arzularının güclənməsinə səbəb
olur.



Afrodizyak təsirli qoxularla yanaşı, belə effekt verən qidalar da var. Onlardan ən güclüləri isə aşağıdakılardır:



Qabaq tumu

Mütəxəssislər kişilərin hər gün 15-20 ədəd qabaq tumu yeməyini tövsiyə
edirlər. Hollandiyada aparılan araşdırmalar göstərib ki, fol turşusu və
sink baxımından zəngin olan qabaq tumu cinsi gücü artırır.



Quşüzümü

Sperma azlığının ən əsas səbəbi C vitamin çatışmazlığıdır. Cinsi
istəksizlik də sperma sayının az olmasından qaynaqlanır. Ona görə də C
vitamini anbarı olan quşüzümü əsl afrodizyak hesab olunur.



Qarpız

Qarpız "Viaqra” ilə eyni effektə sahibdir. Qanın damarlarda daha rahat
hərəkət etməsinə kömək edir. Seks həyatında xoşbəxtlik arzulayanlar üçün
qızıl qədər dəyərli qidadır.



Acı bibər

Meyvə və tərəvəzlərə acılıq verən kapsaisin adlı maddədir. Bu maddə
beyinə siqnal göndərərək endorfin hormonunun daha çox istehsal
edilməsinə səbəb olur. Enerji verir və cinsi baxımdan təhrik edir.



Nar

Nar və nar suyu qan dövranını sürətləndirir. Beləliklə ereksiya zamanı
yaranan problemləri aradan qaldırır. Bol-bol nar yeyərək yataqda
partnyorunuza unudulmaz dəqiqələr yaşada bilərsiniz.



Krivetka

Krivetka bir insanın seks zamanı ehtiyacı olduğu bütün enerjini bəxş
etməyə qadirdir. Seks zamanı sizə lazım olacaq vitaminlər və minerallar
da krivetkanın tərkibində bol miqdarda var.

Əzələ hərəkəti üçün lazım olan maqnezium və kalsium, cinsi aktivliyi və
sperma sayını artıran antioksidantlar və sinklə zəngindir.



Bal

Keçmişdə İranda yeni evlənən cütlüklər bir neçə ay hər gün baldan
hazırlanan xüsusi içki içirmişlər. Çünki balın tərkibindəki B vitamini
və fruktoza enerjinin artmasına, yorulma hissinin aradan qalxmasına
səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!