Seks gələcəkdə sadəcə həzz vasitəsi olacaq

Seks gələcəkdə sadəcə həzz vasitəsi olacaq
Cinsi Münasibət
10.09.2017 11
Hamiləlikdən qorunmaq üçün dərmanı ilk dəfə kəşf edən avstraliyalı alim Karl Djerassi iddiaları ilə hamını qorxuya salıb.

91 yaşlı alim gələcəkdə qadınların 99 faizinin süni mayalanma yolu
ilə hamilə qalacağını, sadəcə həzz almaq məqsədilə sekslə məşğul
olunacağını bildirib.

"Sunday Telegraph” qəzetinə açıqlama verən professor Karl gələcəkdə
sonsuzluqdan əziyyət çəkməyən insanların da süni mayalanma üsuluna
üstünlük verəcəyini deyib.

Xüsusilə də Avropada qadınların yumurtalarını, kişilərin isə
spermalarını donduraraq gələcəkdə ana və ata olmaq üçün süni mayalanma
yolunu seçəcəklərini iddia edən alim 1951-ci ildə kəşf etdiyi
hamiləlikdən qoruyan dərmanların 2050-ci ildə lazımsız olacağını
vurğulayıb.

"Qadınlar və kişilər getdikcə daha gec yaşlarda valideyn olmaq
istəyirlər. Bu da onları yumurtalarını və spermalarını dondurmağa sövq
edir. Beləliklə gələcək nəsillər üçün seks və çoxalma ayrı-ayrı
anlayışlar olacaq. Heç kim uşaq sahibi olmaq üçün cinsi əlaqəyə
girməyəcək. Bu iş sadəcə həzz almaq məqsədilə icra ediləcək”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!