Cinsi sərbəstlik nedir

Cinsi sərbəstlik nedir
Cinsi Münasibət
10.09.2017 6

Cinsi sərbəstlik nəticəsində meydana gələn əxlaqi çöküntü səbəbilə, can sıxıntısı, bezginlik, ümidsizlik, alkoqolizm, erkən qocalma, melanxoliya, şizofreniya kimi xəstəliklər anormal sürətdə artmağa başladı.

Və… Qərb bunu yoxladı. Cinsi azadlığın toplumu nə hala gətirdiyini gördü. İndi bunun önünə necə keçmək lazımdır təlaşındadı. Ailə bağlarını qüvvətləndirmək üçün, büdcələrindən ciddi miqdarda pul vəsaiti ayırmaqdadı. Alınan nəticə ortada ikən, Şərq toplumlarını belə bir inqilaba sürükləmək, xüsusən də müsəlmanlar üçün faciəvi bir şey şeydir… Bəs Qərb cinsi azadlığını Şərqə niyə ixrac edir ?..

Bu suala Doktor Əli Şəriəti belə cavab verir: "…Bəs nə üçün istismar olunan, nefti, qızılı, almazı, qiymətli hər nəyi varsa, Avropa və Amerikaya daşınan ölkələrdə "cinsi azadlıq” şüarları daha güclü səslənir? Yoxsa istismarçılar bu zəif, həqiqi milli rəhbərdən məhrum ölkələrə neft əvəzində "demokratiya” verməyi özlərinə borc bilirlər?! Təəssüf ki, yox! Hər bir xalqın ən qeyrətli, vətənpərvər hissəsi gənclərdir. Ağlı başında olan gənclik nə Vətənin bir qarışını, nə neft, nə də sair təbi ehtiyatlarını "demokratiya” gəlinciyiniə dəyişməz! Bu gəncləri yalnız bir yolla susdurmaq olar – Cinsi azadlıq və şəhvət demokratiyası ilə! Boynuna bir metr zəncir asıb diskotekalarda göbəyini oynadan sərxoş gənc üçün Vətən adlı bir anlam yoxdur. Artıq bu gənclər bir saat "demokratik” əyləncəyə hər şeyi qurban verməyə hazırdırlar. Bəli, bütün dünyada, ən əsası ikinci "sort” ölkələrdə cinsi feyerverk qoparan qərb əhrimənini tanıtmaq lazım gəlir… Onlar üçün ictimai ayıqlığı təhlükə doğuran gənc nəslin cinsi hüquqları daha çox maraqlıdır..”

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!