Masajla onun ağlını başından al

Masajla onun ağlını başından al
Cinsi Münasibət
10.09.2017 15
Xüsusi
ortam yaradıb masaj edərək partnyorunuzun ağlını başından çıxara
bilərsən. Şamlar, musiqi və bədənə sürtülən yağlar... Bununla sən onu
rahatlaşdırmaqla yanaşı, həmçinin həyəcanlanmağını da görəcəksən.



Atmosfer yaradın

Masajın
təsirli olmağı üçün atmosfer önəmlidir. İlk öncə işığı az olması
vacibdir. Otağın müəyyən yerində şamlar yerləşdirə bilərsən. Mühitə
uyğun musiqi də qoysan iş bitmiş sayılır. 



Masajın "olmazsa olmazı" yağlar

Yağlar
mesajın ayrılmaz hissəsidir. Masaj yağları bədən kremləri ilə
müqayisədə bədəndə daha çox qalıcılığa malikdir. Sizə aromatik masaj
yağlarını məsləhət görürük. Məsələn Body Shop Aromaterapi seriyası
əzələləri boşaldır və stressi aradan qaldırır. Mütləq bu tip yağlardan
istifadə edərək partnyorunuzu masaj edin.



Ünsiyyət qur

Masaj
edərkən tamamilə səsliyin ona yaxşı təsir edəcəyini düşünə bilərsən.
Ancaq mütəxəssislər bunun tamamilə əksini deyir. Təbii ki bu mütamadi
danışın və onun gününün necə keçdiyini soruşun mənasına gəlmir. Arada
bir yumşaq səs tonu ilə "yaxşısan?", "bu hərəkət xoşuna gəlirmi?" kimi
suallar soruşun.



Yavaş hərəkətlər

Dinləndirici və rahatlaşdırıcı masajda hərəkətlərdə yumşaq olmalıdır. Yatağın da yumşaq olmasına diqqət göstər.



Yatağın rahatlığı


yataq örtüyü hər zaman dinləndirici ortam yaradır. Yatağın yumşaq
olmasına da fikir ver. Maksimum rahatlıq üçün partnyorunuz yatağa
yatdığı zaman başının, dizlərinin və ayaq biləklərinin altına kiçik,
yumşaq yastıqlar qoymağı unutmayın.



Masajın mərhələləri

Bir
az da texniki bilik verək. Masaj "isinmə" hərəkətləri ilə başlamalıdır.
Bədən isindikdən sonra ikinci mərhələyə keçmək lazımdır. Bu zaman
əzələləri yumşaltmalısan, bu masajın təməlidir. Üçüncü mərhələdə isə
əzələlərin arasında yığılıb qalan toksinləri atmaq və qan dövranını
gücləndirmək üçün masaj edilir. Son mərhələ əzələləri istirahət etdirmək
və yumşaltmaq üçün edilir. Masaj bu formada sona çatır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!