Tantrik...

Tantrik...
Cinsi Münasibət
10.09.2017 19
Bu
təlimə əsasən, Kainat Shiva və Shakti adı verilən tanrıların timsalında
qadın və kişi vəhdətindən meydana gəlir. Tantra cinsi münasibəti
orqazmdan daha çox partnyorla bütünləşmə olaraq görür. Tanrik cinsi
münasibətin əsasında orqazm zamanı orqanizmdən atılan enerjinin
bədəninizə geri qaytararaq daha çox enerji toplamaq durur.



Tantrik
seksual əlaqədə orqazma çatmaq kimi bir məqsəd yoxdur. Əksinə, cinsi
fəallığın mümkün olduğu qədər uzun davam etməsinə çalışaraq, əlaqədə
olduğunuz şəxslə aranızda cinsi enerji və bağlılığı artırmaq Tantra
doktrinasının əsas məqsədidir. Klassik cinsi fəallıq zamanı daima sona
kökləndiyiniz üçün hər an yaşaya biləcəyiniz həzzi əldən verə
bilirsiniz. Ancaq Tantrik seks sizə əlaqədə olduğunuz hər anın fərqində
olmağınıza və bundan daha çox zövq almağınıza xidmət edir.

Women’s
Bodies, Women’s Wisdom adlı kitabın müəllifi Crristiane Northrup deyir
ki, "Cinsi enerji fərdi sağlam edən ən güclü enerjidir. Aparılan
təcrübələrdə bir-biriylə romantik bağ qurmuş cütlüklərdə stress
hormonlarının azaldığı və xoşbəxtlik hormonu olan serotonin miqdarının
artdığı müşahidə olunub.”

Şərq
fəlsəfəsində əhəmiyyətli yeri olan bu əlaqə fəlsəfəsini yaşamaq
istəyənlər üçün bir neçə praktik tövsiyə hazırlamışıq. Gəlin onlarla
tanış olaq:



1. Mühitin rahat olmasına nail olun

Tantrik
cinsi əlaqədə olduğunuz mühitin rahat və komfortlu olması çox
əhəmiyyətlidir. İlk addım olaraq, ətrafdakı diqqət yayındırıcı bütün
lazımsız şeylərdən xilas olun. Otağınızı mümkün olduğu qədər
sadələşdirin, daha sonra isə çiçək, şam və dekorativ əşyalarla bəzəyin.
Qoxu isə hisslərin hərəkətə keçməsi üçün istifadə edəcəyiniz ən təsirli
vasitələrdən biridir. Buna görə də gözəl ətirli bitki yağlarını
bədəninizə çəkə və ya ətirli otaq spreyindən istifadə edə bilərsiniz.
Yatağınızın və yataqda istifadə etdiyiniz hər şeyin – yastıq, üzlüklər
və sair şeylərin də rahat olması olduqca əhəmiyyətlidir. Son olaraq isə,
ikinizin də xoşuna gələcək musiqi bu əlaqəni daha uzun və unudulmaz
edəcək.

 

2. Nəfəslərinizin bir-birinə qarışmasına icazə verin

Qarşınızdakı
insanın nəfəs alıb-verməsinə uyğun şəkildə nəfəs alıb vermək,
partnyorunuzla eyni tezliyə girməyin ən asan yoludur. Partnyorunuzun
qucağına – ona ən yaxın ola biləcəyiniz şəkildə oturun və o nəfəs
alarkən nəfəs alıb, nəfəs verərkən də nəfəs verin. Onun verdiyi nəfəsi
içinizə çəkdikcə, bədənlərinizi daha da yaxınlaşdığını və onun bir
parçası halına gəlməyə başladığınızı hiss edəcəksiniz. Nəfəs nəzarəti
bütün yoqa praktikalarının və Tantra təliminin ən əsas prinsipidir.

 

3. Gözlərinizi açıq qoyun

Cinsi
əlaqə zamanı gözlərinizin açıq olmasının əsasında qarşınızdakı adamla
qurmuş olduğunuz dərin romantik əlaqə yatır. Gözlərin içinə baxmaq asan
görünsə də, bir çox cütlük bunu tətbiq etməkdə çətinlik çəkir. Göz
əlaqəsi qurmaq və uzun müddət onun gözlərinin içinə baxmaq böyük səbr və
həssaslıq tələb edir. Xüsusilə də bu adam sevdiyiniz və seksual olaraq
çox istədiyiniz insandırsa, bunu etmək daha çətin ola bilər.

 

4. Tələskənlik etməyin

Tantrik
seksuallıq orqazma çatmağı qarşısına əsas məqsəd olaraq qoymadığı üçün,
prosesin demək olar ki, hamısı ön sevişmə şəklində baş verir. Zövqlü və
yavaş bir ön sevişmə, kişilərdə boşalmanın daha uzun bir müddətdə baş
verməsinə, qadınların isə daha intensiv orqazma nail olmasına kömək
olur. Cinsi fəallığı nə qədər uzatsanız, toplanan seksual enerjiniz də
bir o qədər artmış olur. Bu səbəbdən də, əlaqədə olduğunuz vaxtı sona
deyil, bir-birinizə yönəldərək keçirməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!