Seks ayıbdırmı?

Seks ayıbdırmı?
Cinsi Münasibət
10.09.2017 72
Cinsəllik
insan həyatının bir parçasıdır. Zaman dəyişər, cəmiyyət adəti,
ənənələri dəyişər, amma bu gerçək dəyişməz. Bu gerçək var olsunda
insanlar bu haqda danışmasın, bu gerçək sənət əsərlərində əks olunmasın,
görülmüş şeydirmi bu? Əlbəttə yox.



Görülmədiyi
üçün də ,insanlar özünün dərk etməyi biləndə ,aşkarda ya da gizlində bu
haqda çox danışmışlar. Bunun əxlaqla bir əlaqəsi yoxdur. Hindistanda,
bütün divarları cinsi aşan səhnələri ilə bəzənmiş məbədlər vardır. Zen
dininin Tantra məzhəbində, qadın və kişi cinsi orqanları müqəddəs
işarələrdir. Tantranın müqəddəs əl yazmaları, cinsi orqanların (Yenil və
Yang) və cütləşmə (daha doğrusu təkləşmə) səhnələrinin şəkilləri ilə
bəzəlidir.



Nietzschenin
məşhur, "Erosu zəhərləyən tək tanrılı dinlər olmuşdur.” sözü bir
gerçəkdir, amma zəhərlənmiş də olsa Eros həyatını davam etdirməyi
bacarmışdır. Bəlkə tək tanrıya inanan cəmiyyətlərdə, cinsi sənət,
Yaponiyada, Çində olduğu kimi bir inkişaf göstərməmişdir amma insan
surətini qadağan edən İslam dininin etibarlı olduğu ölkələrdə,
birliklərdə belə erotik bir sənət vardır. Şübhəsiz hər cəmiyyət, öz
xüsusiyyətləri içində bir cinsi eşq sənəti yaratmışdır. Bu səbəblədir ki
bu gün, bir Yapon, bir Hind, bir Çin, bir Avropa, bir İslam, bir
Afrika, bir Okeana erotizmindən danışılmaqdadır.



Başda
Min bir Gecə Nağılları olmaq üzrə, bütün İran və Osmanlı (həm xalq, həm
divan) şeri, Mevlananın ulu Məsnəvisi erotik elementlərlə doludur.



30
il əvvəl, 1956-cı ilin Noyabr ayında bu gün cib kitabı olaraq satılıb
da çox bir oxucunun marağını çəkməyən, cinsi eşq ədəbiyyatının ən cəsur
yazıçısı Marquis də Sadənin kitablarını nümayiş edən Jean Jacques
Pauvert adlı yaymağın özünü mühakimə orqanlarının qarşısında tapıb.



Bu
kitabı yaymaqla günahlandırılan Pauverti müdafiə edən hüquqçu Maurice
Garçon düşüncə azadlığı və qadağan etmələrlə əlaqədar tarixi əlaqədar
tarixi məlumatları verdikdən sonra belə deyər: 3 sentyabr 1971-ci il
konstitusiyası ,hər adama düşüncələrini söyləmək haqqı verir.

Daha
sonra belə deyər ,” Bunu da ifadə edim ki ,cəmiyyət əxlaqı mövzusunda,
mühakimə orqanları, hər vaxt yaşadıqları zamanın 30 il gerisini
düşünürlər”.



Fransanın
ən hörmətli yazarlarının ,mütəfəkkirlərinin müdafiə etmə şahidi olaraq
iştirak etdiyi bu iddia nəticəsində Pauvert məhkum olmuş , Marquis də
Sadənin kitabları yox edilmişdir.



Sağdan
ya da soldan ya da ortadan biri çıxıb soruşa bilər: Cəmiyyət əxlaqını
qorumaq lazım deyilmi? Şübhəsiz lazımdır. Amma cəmiyyət əxlaqını tək
uçkur sadələşdirənlərin qoruya bilmədikləri başqa əxlaq dəyərləri vardır
deməkdir. Cəmiyyətin bütün "maddi və mənəvi” dəyərləri qorunduğunda,
cinsəllik də, onun xaricə vurumu da, sənəti də, həyatı da o əxlaqın
çərçivəsi içindəki gerçək yerlərini götürər.



Beləcə qadağan etmədən və qadağan edilməkdən qurtulmaq olar. Qadağan etmə ehtirasını xarakterizə edəcək ən yüngül ayıbdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!