Seks haqda doğru hesab edilən yalanlar

Seks haqda doğru hesab edilən yalanlar
Cinsi Münasibət
10.09.2017 48
Sekslə bağlı özünüzə, partnyorunuza dediyiniz, ya da sizə söylənən çoxlu yalan var.



Seksin
vücuda müsbət təsirinin (xoşbəxtlik hormonu, hərəkət...) olduğu
dəqiqdir. Seks sağlıq baxımından yaxşıdır, amma xəstə olduğunuz zaman
sizi yaxşı etməyəcək. Qrip kimi keçici xəstəliklərin cinsi əlaqə zamanı
daha sürətli yayıldığı hər kəsə bilinən bir gerçəkdir.



Evlilik
öncəsi cinsi əlaqə hər kəsin şəxsi seçimidir. Evliliyə hazır olmaq üçün
öncədən mütləq cinsi yaxınlıq göstərmək yalandır. Evlilik öncəsi cinsi
əlaqənin evliliyə hazırladığı, ya da ona müsbət təsir göstərməsi təsbit
edilməyib. Ən doğrusu, özünü hazır hiss etdiyi zaman sağlam cinsi həyat
yaşamağa başlamaqdır.



"Seks
sevginin tək sübutudur” - fikri də doğru deyil. Aşiq olduğunuz adam ona
olan sevginizi cinsi əlaqə yoluyla sübut etmənizi istəyirsə, bunda
israrlı davranırsa və siz bunu istəmirsinizsə, çox düşünməyə gərək
yoxdur: qaçaraq uzaqlaşın!



Seks,
partnyorunuzun sizi sevməyə davam etməsinə rəvac vermir. Seksin
bitməkdə olan münasibətlərin davam etməsinə şərait yaratdığı tez-tez
duyula bilər. Amma bir kəslə sadəcə cinsi münasibətinizin davam etməsi,
onun sizi hər zaman sevəcəyi anlamına gəlmir. Başqa sözlə, seks, sevgini
satın ala bilməz. Bundan başqa mükəmməl cinsi həyatı olan cütlüklərin
ayrılması da bilinən bir şeydir.



Kişinin
sağlam cinsi yaşam sürdürməsi təbiidir və bunun bir xeyli gözəl tərəfi
olduğu kimi, həm də əyləncəlidir. Seks olmadan yaşaya bilməmək kimi bir
durum olmasa da, "bir daha etməyəcəm” demək də böyük bir yalandır.



"Seks
olmadan olmaz” – bu, bəlkə də seks haqda söylənən ən böyük yalanlardan
biridir. Vücudumuz cinsi əlaqəyə təbii olaraq çox uyğun olsa da, bu bir
qadının, ya da bir kişinin seks olmadan yaşaya bilməyəcəyi anlamına
gəlməz. Əlbəttə sağlam bir cinsi həyatın həm fiziki, həm də mənəvi
baxımdan çox xeyri olduğu məlumdur, amma "seks olmadan olmaz” demək də
doğru deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!