Hamiləlikdə cinsi həyat necə olmalıdır?

Hamiləlikdə cinsi həyat necə olmalıdır?
Cinsi Münasibət
10.09.2017 45
Hamiləlik müddətində cinsi həyat haqqında hələ də müxtəlif fikirlər var. Bu problemlərə aydınlıq gətirməyə çalışıb.

 

Cinsi
həyat inkişaf etmiş cəmiyyətlərdə insanların bir-birilə rahatlıqla
paylaşa biləcəyi bir mövzudur. İnkişaf etməkdə olan cəmiyyətlərdə isə bu
mövzu hələ də bir tabu olaraq qalır. Elə buna görə də hamiləlik zamanı
cinsi həyat cütlüklərin çox zaman həkimlərindən soruşmadıqları və ya
ümumiyyətlə maraqlanmadıqları üçün məlumatsız olduqları mövzudur.

 

Həkimlər
cinsi həyatın sağlam bir hamiləlik üçün vacib olduğunu deyirlər.
Hamiləlik müddətində yaranan dəyişikliklərdən ən çox cütlüklərin cinsi
həyatı təsir görür. Hamiləlik müddətində cütlüklər arasında sanki cinsi
həyatın bitməsi kimi yanlış bir fikir var. Lakin hamiləlik
qayda-qanunlarına düzgün riayət etdikdə şəxsi həyatı da davam etdirmək
olar. Hətta bəlli ölçüdə adi vaxtlardakından daha rəngli bir cinsi həyat
yaşamaq mümkündür.

 

Hamiləlik
qaydasında gedirsə, cinsi həyata məhdudiyyət qoymaq üçün heç bir səbəb
yoxdur. Üstəlik, hormon nizamında artma olduğu üçün genital bölgədə qan
axımı artır, bu zaman oyanma daha asan baş verir və qadınların çoxu üçün
hamiləlik zamanı cinsi münasibət daha zövqverici ola bilər.

 

Hamiləlik
müddətində cinsi istək və gözləntilər insanlara görə fərqli olur.
Əsasən hamiləliyin ilk aylarında mədə bulanması, qusma və ümumi
halsızlıq səbəbindən, sonlara doğru isə qarın hissəsinin böyüməsi,
hərəkət etməyin məhdudluğu və doğuşdan başqa heç nə haqda düşünməmək
həvəsi cinsi istəksizlik yarada bilir. Xanımı hamilə olan kişilərin 72
faizində cinsi aktivlikdə azalma müşahidə edilir. Kişilərin 40 faizində
libido, yəni cinsi istəkdə azalma baş verir. Lakin hamiləlik müddətində
cinsi həyat mövzusunda kifayət qədər məlumatlı olsanız, bu çətin, amma
keçici dövrün öhdəsindən gələ bilərsiniz.

 

Hamiləlik
zamanı cinsi münasibət cütlüklərin fərqli təcrübələri sınaqdan
keçirmələrinə şərait yaradır və bir-birilərinə dəstək olduqlarını
göstərir. Eyni zamanda kişinin hamilə xanımına bu yöndə göstərdiyi
qayğı, hamiləliyi müddətində bədənində baş verən dəyişikliklər
səbəbindən yaranan kompleksin aradan götürülməsinə və özgüvəninin geri
qayıtmasına səbəb olur. Eyni zamanda, keçirdiyi psixoloji və fizioloji
dəyişikliyin ən az zərərlərlə qəbul olunmasını təmin edir. Hamiləlik
zamanı qadının xoşbəxt olması körpəyə də pozitivlik baxımından yaxşı
təsir edir. Bu zaman kəsiyində cinsi münasibətin qadağan və ya məhdud
olması halları ilə bağlı həkim mütləq cütlüklərlə söhbətlər aparmalıdır.

  

Hamiləlik zamanı cinsi münasibətin qadağan olunduğu hallar da var:

- Dölün düşmə təhlükəsi varsa

- Daha əvvəl iki dəfədən çox düşmə halı baş veribsə

- Səbəbi məlum olan və olmayan vaginal qanama

- Körpənin qadının uşaqlığına yaxın olması (plesentaprevia)

- Uşaqlığın çatışmazlığı hallarında

- Vaxtından əvvəl doğuş təhlükəsi və ya vaxtından əvvəl doğuş baş veribsə

- Hamiləlik kisəsi vaxtından tez açılıbsa və ya su vaxtından tez gəlməyə başlayıbsa

-
Kişidə cinsi yolla keçən xəstəliyin olması və ya daşıyıcısı olması
(genital bölgədə aktiv kondiloma və ya herpesenfeksiyanın olması)

- Yüksək riskli hamiləlikdə (əkiz və ya başqa hallar)

 

Bu hallara isə diqqət etmək lazımdır:

- Həkim tərəfindən qadağan olunduğu hallarda cinsi münasibətdə olmaq

- Cinsi münasibətdən sonra az da olsa, qanama baş verərsə, mütləq bunu həkimə bildirmək vacibdir

-
Cinsi münasibət zamanı döşlərin ucları çox oyandırılmamalıdır. Çünki bu
oyandırma zamanı beyindən oksitosin deyilən hormon ifraz edilir, bu isə
uşaqlıqda sıxılmalara səbəb olur və vaxtından tez doğuş baş verə bilər.
Qeyd edək ki, bu cür hallar çox zaman döş uclarının stimulyasiyası
səbəbindən baş verir.

 

Ümumiyyətlə,
hamiləlik zamanı körpə və anaya zərər verməyən pozaların seçilməsi
mühümdür. Bu mövzünu cütlüklər hamiləliyin ilk vaxtlarında həkimlə
mütləq müzakirə etməlidirlər. Çünki hamiləlikdən əvvəl istədiyiniz
sevişmə pozaları hamiləlik müddətində arzuedilməz ola bilər. Misal üçün,
qadının arxası üstə uzandığı və kişinin üstdə olduğu misioner pozası
kimi tanınan və cütlüklərin 80 faizinin üstünlük verdiyi bu poza
hamiləlik zamanı uyğun deyil. İlk 3 aydan sonra körpə ilə birlikdə
böyüyən uşaqlıq arxası üstə yatan hamilə qadının ürəkdən gələn böyük
damarlarına təzyiq edir və beləliklə də uşaqlıq, plasenta, həmçinin
körpə kifayət qədər qan qəbul edə bilmir.

 

Eyni
zamanda təzyiq səbəbindən ananın ürəyinə kifayət qədər qan geri
qayıtmır və ana baş gicəllənməsi, nəfəs çatışmazlığı hiss edir. Bu halda
hamilə qadının ürəyi də gedə bilər. Ona görə də hamiləlik zamanı cinsi
münasibətdə qaşıq deyilən pozisiya, yəni qadın yanı üstə uzanmalı və ya
üstə olduğu pozalar seçilməlidir. Hamiləlik zamanı mütəmadi seks hər
hansı səbəbdən yaranan neqativ enerjini alır və gərginliyin aradan
qaldırılmasına kömək olur. Hamiləlik zamanı cinsi münasibət fiziki
aktivliyi artırır. Bu isə hamilə qadının artıq çəki almasına mane olur.
Bununla yanaşı, istifadə edilən əzələlər sayəsində normal doğuş daha
rahat keçir. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!