Soyuq qış gecələrində seks həyatınızı rəngləndirin

Soyuq qış gecələrində seks həyatınızı rəngləndirin
Cinsi Münasibət
10.09.2017 13
Soyuq
havalar seks həyatımıza da təsir edir. Aparılan araşdırmalar isə
göstərir ki, kişilərdə sperm sayı qışda daha çoxdur. Yəni qışda hamilə
qalmaq ehtimalınız daha yüksəkdir. Seks mütəxəssisi və yazarı Charley
Ferrerin fikrincə qış duyğusal yaxınlıq qurmaq üçün ideal zamandır. Bəs
necə? 

Qışda daha ehtiraslı seks həyatına sahib olmaq üçün sizə bəzi məsləhətlərimiz var:



Tamamilə soyunmayın

Soyuq
qış gecələrində pijamalarınızı geyinib yatağa girdikdən sonra soyunmaq
sizin üçün xoş olmaya bilər. Soyunmaq sizin üçün çətindirsə tamamilə
soyunmayın. Soyunmadan sevişmək əslində çox ehtiraslıdır. Həmçinin
geyimlərinizi çıxarmağı seks oyununa çevirə bilərsiniz. Bir-birinizin
geyimlərini yavaş - yavaş çıxarıb həm üşümə dərdindən də azad ola
bilərsiniz, həm də erotik ortam yaratmış olarsınız.



Hamam otağını seçin

Əgər
hamam otağında vannanız varsa, qışda sevişmək üçün vanna ideal
seçimdir. Vannanı isti su və sevimli duş geli ilə doldurun.
Partnyorunuzu yatmamışdan öncə rahatlaması üçün vanna otağına çağırın.
Beləcə həm soyuq havanın təsirindən azad olacaqsınız, həm də seks
həyatını rəngləndirmiş olacaqsınız. Yataq otağından kənarda sevişmək bir
çox kişinin arzuları arasındadır. 



Düzgün pozanı tapın

Soyuq
havalarda sevişmək istəməməyinizin səbəblərindən biri də düzgün pozanı
tapa bilməməyiniz ola bilər. Missioner kimi poza əvəzinə daha çox enerji
sərf edəcəyiniz pozanı seçə bilərsiniz. Nə qədər çox enerji sərf
etsəniz o qədər çox isinərsiniz. Məsələn "qaşıq" pozası sizin üçün ideal
seçim ola bilər. 



Masaj edin

Heç
bir şey qoxulu yağlarla edilən masaj qədər sizi seksə hazırlamaz. Bir
çoxlarımız üçün masaj ön sevişmə sayılır. Siz ona masaj etdikdən sonra
özünüz üçün də masaj tələb edə bilərsiniz. Bu partnyorunuzu
ehtiraslandıracaq. 



Afrodizyaklardan kömək alın

Qış
aylarında özünüzü halsız hiss etməyiniz normal haldır. Ancaq bu hal
seks həyatınıza da təsir edirsə cinsi istəyi artıran qidalar sizin
köməyinizə çata bilər. Ədviyyatlı yeməklər və isti şokolad həm sizi
isidəcək, həm də cinsi istəyinizi artıracaq.



Səhər seksi

Soyuq
havalarda səhərlər yataqdan qalxmaq işgəncə ola bilər. Ancaq mükəmməl
səhər seksi ilə bunu daha əyləncəli edə bilərsiniz. Beləcə yataqdan
çıxmamışdan öncə həm isinmiş olacaqsınız, həm də xoş bir gün
keçirəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!