Seks yaddaşı gücləndirir

Seks yaddaşı gücləndirir
Cinsi Münasibət
10.09.2017 13
  
Qaça-qaç, iş-güc bizi çox yorur. İntensiv həyat tərzi keçirən adamların beyni çox tez yorulur, mübaligəli şəkildə söyləsək, bəzən sadəcə, bir ət yığınına çevrilir. Qadinlar.Biz qırışları acmağın bəzi yollarını təqdim edir...



1. Söz öyrənin

Araşdırmalar göstərir ki, zəkanın yeni lüğət tərkibi əlaqəsi var. Yanınızda bir lüğət gəzdirin. Ya öz dilimizdən, ya da başqa dildən yeni sözlər öyrənin.



2. Hekayə danışın

Tək qaldığınız zaman qarmaqarışıq hekayələr danışın və ya özünüz hekayə yazın. Obrazlar, küçələr, evlər, ağaclar...



3. Meditasiya ilə məşğul olun

Beyninizi yaxşı şeylərlə doldurmaq üçün öncə onu boşaltmaq lazımdır. Buna görə meditasiya ilə məşğul olmaqda fayda var. Bunun üçün peşəkarlardan məsləhət almaq olar.



4. Krossvord edin

Qəzet köşklərindən 20 qəpiyə krossvord alıb, doldurun.



5. Yaxşı səhər yeməyi

Səhər yeməyini mütləq yeyin. Səhəri yaxşı yeməklə başlayanda həmin gün ərzində açarları hara qoyduğunuzu ya da hər gün gördüyün ofis yoldaşının adını xatırlamağa kömək edəcək.



6. Musiqi alətində ifa edin

Uşaqlar üzərində aparılan bir araşdırmaya görə hər hansısa bir musiqi alətində ifa edən uşaqların İQ-u, digər uşaqlarla müqayisədə 7 xal yüksək olur. Siz də bir alətdə çalmağı öyrənin. Uşaqlarınıza da öyrədin.



7. Məqalə oxuyun

Daha öncə heç marağınıza səbəb olmayan mövzularda məqalələr oxuyun. Google sizin xidmətinizdədir.



8. Xatirələr...

Köhnə fotolara, məktublara baxmaq. "1985-ci il, Moskvada" deyib, bu da birinci sevgilim, deyə göstərmək zehnin inkişafında işə yarayır. Köhnə dəftərləri arada açın, amma içindən ən yaxşılarını seçin.



9. Oyun oynayın

Kompüter oyunları beynin inkişafına kömək edir. Amma saatlarla oyun oynamaq olmaz. Sadəcə həftədə bir neçə saat buna vaxt ayırmaq yaxşıdır.



10. Kalkulyator istifadə etməyin

Bəsit riyazi hesablamalara görə kalkulyatordan istifadə etməyin. Əvvəlcə çətin gələ bilər, amma beyninizdə hesabladıqca bundan ləzzət alacaqsınız.



11. Dil öyrənin

Dil öyrənmək beyni məşq etdirməkdir. Araşdırmalara görə çox dil bilən adamların beyinləri digərlərinə nisbətən daha gənc qalır.



12. Paylaşın

Yeni öyrəndiniz bilgiləri, maraqlı hadisələri, oxuduğunuz kitabları, baxdığınız filmləri başqalarına danışın. Yeni öyrəndiyiniz bir şeyi başqasına danışanda bu sizin yaddaşınıza daha yaxşı hopur.



13. İstirahət edin

Nə qədər çox oxusam zehnim o qədər açılar, nə qədər araşdırsam, beynim o qədər qüvvətlənər, deməyin. İstirahət etmək, doyunca yatmaq da lazımdır.



14. intimlə məşğul olun

Hormonlar da zehnə təsir eləyir. Aparılan araşdırmalar göstərir ki, düzənli intim həyatı olan qadınların yaddaşları daha güclü olur və onlar məsələ həllində daha bacarıqlıdırlar.



15. Yeni şeylərə qulaq asın

Gözəl musiqi bizim beynimizə müsbət təsir edir. Amma həmişə eyni şeylərə qulaq asmaq adamın beynini yorur. Buna görə də arada yeni musiqilər dinləmək lazımdır. Bunun üçün YouTube sizi gözləyir =)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!