Xoşbəxt seks karyeraya da təsir göstərir

Xoşbəxt seks karyeraya da təsir göstərir
Cinsi Münasibət
10.09.2017 16
Bəli,
seks stressdən azad olmağımıza, daha sağlam qərarlar almağımıza, daha
yaxşı işləməyimizə təsir göstərir. Deməli daha uğurlu karyeranın açarı
seksdir.

İş
yerinizdə uğurlu olmaq istəyirsinizsə sizə kiçik bir sirr verək. Seks
həyatınız nə qədər hərəkətli olarsa işiniz də o qədər uğurlu olar.
Aparılan araşdırmaya görə, həftədə bir neçə dəfə sevişənlər digərlərinə
nisbətdə daha çox qazanırlar. Bəli! Düz başa düşdünüz. Karyeranız və
şəxsi həyatınız arasındakı balans seksdən keçir. 



Bildiklərinizi unudun

"Həm
uşaq, həm də kariyera" deyən qadınların həyatı heş də asan deyil.
Səhərlər daha tez oyanıb uşaqlara səhər yeməyi hazırlayıb onları məktəbə
göndərməklə başlayan gün ofisdə davam edir. Hər zaman yüksək enerji də
olmağınız və bütün bunlarla bərabər özünüzə də zaman ayırmağınız lazım
olur. Ətrafınızda çox heyrətlə baxdığınız belə qadınlar mütləq var.
Onların bitməyən enerjisinin sirrini sizinlə paylaşma zamanı gəldi.
Bədəninizdə yığılan stressi ən təbii yolla sekslə ata bilərsiniz.
Stressiz həyat da daha uğurlu kariyera deməkdir. Aparılan araşdırmaya
görə, həftədə 4 dəfə sevişənlər seks həyatları durğun olanlara nisbətən
4-5 dəfə çox pul qazanırlar.



Seks kariyeranıza yaxşı təsir edir

Əslində dərin düşünsəniz dediyimizin doğru olduğunun fərqində
olarsınız. Bütün problemlərinizi sizə anlıq da olsa unutduran, əyləncəli
fəaliyyət kimi baxa bilərik seksə. İşdən sonra idmana gedin, istərsəniz
dostlarınızla görüşüb yemək yeyin ya da partnyorunuzla sevişin. Hətta
mütəxəssislər masturbasiyanı da məsləhət görürlər. Yəni ən önəmli məqam
işdən sonra mütləq özünüzə vaxt ayırmağınızdır. 



Balansı qoruyun

İş və şəxsi həyat arasındakı balansı qorumaq bir az çətindir. Sıxıcı iş
həyatının keçməsi şəxsi həyata da təsir edir və motivasiyanız aşağı
düşür. Balansı qorumaq heç də asan deyil. Ancaq bir dəfə balansı tutdura
bilsəniz xöşbəxtliyi əldə etməyiniz an məsələsidir. İlk öncə
sevdiklərinizə və dostlarınıza vaxt ayırın. Hər zaman getdiyiniz
yerlərdən fərqli məkanlara getməyə çalışın. Bu sizin "yenilənmənizə"
səbəb olacaq. 



Seks və professionallıq bir arada  

Professional olmaqla yaxşı seks arasında bir çox ortaq xüsusiyyətlər
var. Eyni zamanda yaxşı seks həyatı karyeranızda uğur qazanmaqla bərabər
özünüzə güvəni də artırır. Bunlar bir-birinə təsir edən ünsürlərdir.
Deməli seks həyatı normal olan adamlar daha çox pul qazanır.

Bu
yazıdan çıxardığımız nəticə budur: seks və karyera bir arada ola bilər,
yəni kariyeraya görə seks həyatına laqeyd yanaşmayın.  Hər
ikisi birlikdə olduğu zaman uğurlu həyatınız olar. İndi tək etməniz
lazım olan bunu təcrübədən keçirməkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!