Seks tipiniz hansıdır?

Seks tipiniz hansıdır?
Cinsi Münasibət
10.09.2017 17
Sevdiyiniz
insanla ehtiras dolu bir gecə yaşamaq şübhəsiz ki, həyatda ən çox zövq
aldığınız anlardan biri olur. Sizi daha çox xöşbəxt edəcək seks həyatı
üçün ən çox hansı seks tipindən zövq aldığınızı kəşf etməlisiniz.
İnsanların ən çox zövq aldığı seks növlərini araşdırdıq, ortaya
əyləncəli və təəccüblü nəticələr çıxdı. Seks tipinizi müəyyənləşdirmək
üçün oxumağa davam edin.



Romantik seks

Aşiq
olduğunuz və sevdiyiniz adamla yaşadığınız romantik dəqiqələr sizə hər
şeydən dəyərli olur. Romantik seks tipində toxunma, öpüşmə və
əzizləmələr ən az sevişmək qədər önəmlidir.



Güvənli seks

Bəziləri
bunun ən yaxşı seks tipi olduğunu düşünür. Çünki güvənli sekslə bir çox
xəstəliklərdən qoruna bilərsiniz. Qorunmadan sevişdiyiniz zaman
beyninizdə həmişə bir narahatçılıq ola bilər. Bu narahatçılıq daha
ehtiraslı seks yaşamanızı əngəlləyər.



Kontrolsuz seks

Bu seks tipi bir çox insanın ən sevdiyi seks tipidir. Hər şeyin təbii axışına buraxıldığı və həyəcanlı seksdir. 



Soyunmadan seks

Bəziləri
buna "ofis seksi" də deyir. Bu əslində eyni şey deyil. Seks zamanı
sizin köynəyinizin, onun da şalvarının üzərində olduğu seksdir.
Bəzilərini soyunmaqdan sevişmək daha çox ehtiraslandırır.



Səhər seksi

Səhər
gözünüzü açdığınız zaman yanınızda partnyorunuzu görmək əlbəttə ki xoş
hissdir. Səhər seksindən sonra bütün günü xoş gülümsəmə ilə gəzməyiniz
mümkündür. İnsanlar niyə gülümsədiyinizə belə təəccüblənə bilər.



Surpriz seks

Bəzi
insanlar seksi planlamağı sevmirlər. Onlar üçün hadisələrin anidən baş
verməsi daha həyəcanvericidir. Qeyd edək ki, surpriz seks kişilərin ən
çox sevdiyi seks tipidir. Heç gözləmədiyiniz vaxt və gözləmədiyiniz
yerdə sekslə məşğul olmaq hər ikiniz üçün həyəcanverici ola bilər.



Barışma seksi

Barışma
seksi etdiyiniz davadan və ya küsdükdən sonra edilən seksdir. Bəzi
insanlar bunun ən zövqverici seks olduğunu deyirlər. Barışma seksindən
sonra nə üstündə dalaşmısınızsa o həll olunur və hər şey sıfırlanır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!