Uşağınız sizi cinsi əlaqə zamanı görübsə...

Uşağınız sizi cinsi əlaqə zamanı görübsə...
Cinsi Münasibət
10.09.2017 17
[/i]

 
[i]Valideynlərin düşdüyü ən çətin vəziyyətlərdən biri də yataq otağında uşaqlarına görünməkdir.Cinsi əlaqələri zamanı uşaqları tərəfindən "yaxalanan" ana ataların sayı, təxmin edilenden çoxdur. Yaxşı,  bu vəziyyətdə necə davranmaq lazımdır?


Gördüyü mənzərə və əlaqənin nə qədərini gördüyü çox əhəmiyyətlidir. Uşaq, xüsusilə də yaşı kiçiksə, ilk olaraq düşündüyü şey ana və atasının arasında bir şiddət yaşandığı istiqamətindədir ki, bundan ciddi olaraq təsirlənə bilər. Xüsusilə ailədə, cinsəllik rahat danışılan bir mövzu deyilsə və bu mövzuda uşaq suallarına sağlam cavablar ala bilməmişsə, qarşı-qarşıya qaldığı vəziyyət onda sarsıdıcı bir təsir yaradır.

Necə başa salınmalıdır?
Kiçik yaşdakı uşaqlar vəziyyətin çox fərqində olmaya bilərlər, amma böyük yaşda olan uşaqlar üçün mütləq başa salmaq lazımdır. Belə bir vəziyyətdə uşağınıza;

1) Birlikdə yatdığınızı
2)  Bir-birinizə qucaqlaşıb yatdığınızı
3)  Bir-birinizi qucaqlayıb öpdüyünüzü
4) Bəzən soyunaraq yatmaq istədiyinizi və bu şəkildə qucaqlaşaraq yata biləcəyinizi
5) Ancaq bunu yalnız ana v' ataların edə biləc'yini izah edə bilərsiniz





Görülə biləcək tədbirlər

1) Uşağınızın mütləq ayrı otaqda yatmasını təmin edərək

2) Kiçik yaşlardan etibarən yataq otağınıza girməməsi lazım olduğunu öyrədərək

3) Cinsiliklə əlaqədar sual soruşmağa başladığı ilk andan etibarən ona, yaşına uyğun bir şəkildə doğru məlumatlar verərək

4) Uşağınızın yanında  gərəksiz yere cinsi mövzuları danışmayaraq

5) Soruşduğu sualları başqaları deyil,özünüz cavablayaraq həll edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!