Erotik yuxular yatış formanızla bağlı ola bilər

Erotik yuxular yatış formanızla bağlı ola bilər
Cinsi Münasibət
10.09.2017 13
İnsanlar
vaxtaşırı erotik yuxular görür. Bəzilərini bu narahat edir, digərləri
üçün isə bu sadəcə olaraq yuxu olaraq əhəmiyyətsiz olur. İddialara görə,
kişilərin 93, qadınların isə 86 faizi həyatlarında bir dəfə də olsa bu
tip yuxular görür. Bəs bu yuxular nədən qaynaqlanır, onların
yaranmasında hansı faktorlar əsas rol oynayır? Bu yaxınlarda aparılan
bir araşdırma bizə bu mövzuda maraqlı bir fikir təqdim edir. Erotik
yuxular yatış formanızla əlaqəli ola bilər.



Hong
Kong Universitetlərininin birində aparılan təcrübədə 670 tələbə iştirak
edib. Tələbələrin 34 faizi kişi, 66 faizi isə qadınlardan ibarət olub.
Aparılan sorğu nəticəsində, iştirakçılardan erotik yuxular
görüb-görmədikləri soruşulub. Bu cür yuxular görənlər bunun nə qədər
tez-tez baş verdiyini də qeyd etməliydilər. Digər bir sualla isə,
onların yatış formalarını müəyyənləşdiriblər. Anketə bütün bu cavablar
əlavə edildikdən sonra maraqlı nəticələr meydana çıxıb.

Bu
anketlərə görə, iştirakçıların 72 faizinin yanakı, 32 faizi kürəyi
üzərində yatır. Onlardan ancaq 5 faizi üzüqoylu yatır. Bu 5 faiz insanın
erotik yuxular görmə tezliyi digərlərinə nisbətən böyük fərqlə daha
çoxdur. Bu iştirakçılar adətən tez-tez çılpaqlıq və sekslə bağlı yuxular
gördüklərini bildiriblər.



Tədqiqatçılar
düşünür ki, üzüqoylu yatmağın yuxuların tərkibinə olan təsirindəki əsas
faktor yuxu əsnasında döş qəfəsinə olan təzyiq və tənəffüs zamanı
çətinlik çəkməkdir. Bu təzyiq də cinsi istəklərin yuxulara daşınmasına
yol açma ehtimalını artırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!