Doqquzların seks həyatına təsiri

Doqquzların seks həyatına təsiri
Cinsi Münasibət
10.09.2017 14
9-lu
yaşlar bir çox insanlarda dönüş nöqtəsidir. 19, 29, 39, 49... Bəs, bir
il sonra digər 10-lu sistemə keçməyimiz seks və münasibətlərimizə necə
təsir edir? 

Bu haqda mütəxəssislər araşdırma aparıblar. Budur 19-dan 49-a qədər olan yaşların anatomiyası -



Süd yoxsa Şərab?

Mütəxəssislər yaşın
artması və seks arasında bir bağlantı olduğunu sübut ediblər.
Fiziologiya və hormon məsələlərində mütəxəssis Richard Shape"in
sözlərinə görə, "testesteron səviyyəsi 29 yaşından sonra qadın və
kişilərdə 1% düşməyə başlayır." Xanımlarımızın ağlından belə bir sualın
keçdiyinə əminik: "Testesteron kişi hormonu deyil? Mənə nə kişilər
problem etsin." Ancaq sizə aydınlıq gətirmək istəyirik ki, testesteron
səviyyəsi qadınlarda, eləcə də kişilərdə bədənin fiziki performansı və
cinsi istəyini artırır. Yəni, xanımlar, buna çarə yoxdur. 

Seks
və münasibətlər üzrə mütəxəssis Gigi Engle"in fikrinə görə, "19
yaşlarındakı qadın bədənini çox az tanıyır. Yaş irəlilədikcə həm qadın,
həm kişi partnyorunu necə xöşbəxt edəcəyi, necə ehtiraslandırmalı
mövzularında daha çox təcrübəyə sahib olmağa başlayır. Buna görə də 29
və 39 yaşlarında yaşanan orqazm daha yüksək səviyyələrdə olur." Yəni
cinsi həyatınızın tez xarab olan süd yoxsa daha dadlı şərab olacağı
sizin istəyinizdən və özünüza tanımağınızdan asılıdır. 



Araşdırmalar göstərir ki, qadınların 39 yaşdan sonra testesteron səviyyəsi yarı-yarıya düşür. Bu da cinsi istəksizlik yaradır. 

"Yaşlandıq,
nə edək" kimi düşünüb pessimist olmaq olmaz. Hər 49 yaşındakı insan da
eyni hormon səviyyəsinə malik deyil. Yəqin ki sizin də ətrafınızda
yaşının neçə olmasından asılı olmayaraq gözləri parlayan, həyatdan,
münasibətdən məmnun olan insanlar var. testesteronun aşağı düşməsinin ən
vacib səbəbləri, artıq çəki, yuxusuzluq, yaxşı qidalanmamaq, siqaret və
spirtli içki qəbuludur.

Dr.
Karlis Ullis isə deyir ki, "Mütamadi olaraq idman etmək, düzgün
qidalanmaq və əhvalın yüksək tutulması sizi uzun illər cinsi həyatınızı
aktiv saxlaya və sizi enerjili edə bilər." Terapist Vicki Ford"un
fikrinə görə isə, özünüzü yorğun hiss etməyinizin bir çox səbəbi ola
bilər. İstifadə etdiyiniz dərmanlar, spirtli içkilər və siqaret
səbəblərdən biridir. 



Araşdırmalar
sosial çevrəsi olan və tez-tez dostları ilə görüşən adamların seks və
münasibətlərinin daha aktiv olduğunu göstərir.

19,
29, 39 - bunlar yenə normaldır. 49 yaşdan sonra sindrom var. New
England Araşdırma İnstitutunda aparılan araşdırmalar kişilərin 49
yaşından sonra testosteron səviyyəsinin dramatik şəkildə düşdüyünü
göstərir. Bu da kişilərin özünü daha yorğun hiss etməsinə gətirib
çıxarır. Qadınlarda da bu durum fərqli deyil. Qadınlarda 39
yaşında testesteron səviyyəsi yarı-yarıya  düşür. Bu, qadınlarda cinsi
istəksizliyə, özünü bədbəxt hiss etməsinə və depressiyaya gətirib
çıxarır. 



İş həyatına təsiri

Hormonlar
təkcə cinsi istəksizliyə gətirib çıxarmır. Başqa sözlə desək yataqda
olan yataqda qalmır təəssüflər olsun ki. Telegraph.co.uk'də aparılan
araşdırmaya görə iş və sosial həyatınızda nə qədər xoşbəxtsinizsə,
yataqda da o qədər xoşbəxtsiniz. Təbii ki partnyorunuz da... 29
yaşlarından sonra seks həyatı uğurlu olmayan insanların ortaq cəhəti iş
həyatlarının gərgin olmasıdır. Kariyerasından məmnun olmayan və işdə çox
yorulan insanlarda testosteron səviyyəsi yaş artdıqca daha çox aşağı
düşür. 

Cinsi
əlaqə müddəti aşağı düşür, bu da münasibətdə narazıçılıqlar yaradır.
Kariyeranızda nə qədər uğurlusunuzsa və istədiyiniz işlə məşğulsunuzsa
bu münasibətinizə də müsbət təsir edir. "Nə edək seks qarın doyurmur,
bizim işimiz budur" deyənlər üçün Dalai Lama belə cavab verir. "İnsan
ilk öncə pul qazanmaq üçün sağlamlığını fəda edir. Sağlamlığını
qazanmaq üçün isə pul xərcləyir." Sizə uzun və sağlam ömür verən nə
qədər çox işləməyiniz deyil, nə qədər xoşbəxt olmağınızdır. 

Hər sahədə xoşbəxt olmağınız diləyi ilə...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!