Hamilə qalmaq üçün ən uyğun seks pozası

Hamilə qalmaq üçün ən uyğun seks pozası
Cinsi Münasibət
10.09.2017 84
Hamilə qalmaq hər zaman asan olmaya bilər. Doğru zaman, uyğun mövqe və sağlam qidalanma hamilə qalmağı asanlaşdırır. Türkiyəli ginekoloq Sevtap Hamdemir Kılıç hamilə qalmağı sürətləndirən bir neçə ipucu verib. Qadinlar.Biz sayti aile.lent.az-a istinadən həmin məsləhətləri sizə təqdim edir.
 
Hamiləliyi arzulayan cütlüklər ilk növbədə bu mövzuda məlumatlı olmalıdırlar. Bu, hamilə qalmağı asanlaşdıra və hamiləlik prosesinin sağlam, rahat keçməsini təmin edər. Hamiləliyin meydana gəlməsi üçün yumurtalıqdan atılan keyfiyyətli bir yumurtanın sperma ilə birləşməsi lazımdır. Həkim bildirir ki, "döllənmə" dediyimiz bu proses qadının yumurtalığında meydana gəlir. Döllənən yumurta uşaqlığa yerləşərək, hamiləlik meydana gəlir. Hamiləlik üçün ən əhəmiyyətli faktor keyfiyyətli yumurta və spermadır. Açıq və sağlam yumurtalıq və döllənmiş yumurtanın yerləşə biləcəyi normal bir uşaqlıq boşluğu olmalıdır.
 
Hamilə qalmaq üçün uyğun[/b] poza[/b]
Hamilə qalmaq üçün digər amil də cinsi əlaqədə mövqedir. Həkim bildirir ki, əhəmiyyətli olan yalnız uyğun poza seçimi deyil, cinsi əlaqədən əvvəl və sonra edilməsi lazım olanları bilməkdir: "Kişinin yuxarıda, qadının isə altda olduğu cinsi münasibət hamiləlik üçün ən təsirli pozadır. Poza ilə yanaşı, ana və ata namizədin psixologiyası və sağlamlıq vəziyyətləri də əhəmiyyətlidir. Hamiləliyin təmin edilməsində qarşılıqlı fikir mübadiləsi və cinsi xoşbəxtlik əhəmiyyət kəsb edir. Lakin hamilə qala bilmək üçün davamlı eyni mövqedə cinsi əlaqədə olmaq cütlükləri cinsəllikdən uzaqlaşdıra bilər”.
 
Düzgün və sağlam qidalanmaq vacibdir[/b]
Düzgün qidalanmaq hamilə qalmaq üçün əhəmiyyətli faktordur. Sağlam bir körpə qədər sağlam bir anaya də ehtiyacımız olduğunu unutmamalıyıq. Sağlam qidalanmaq normal həyatımızda da böyük əhəmiyyət daşıyır. Lakin hamilə qalmağı düşünürüksə, düzgün və nizamlı vitamin qəbul etmək şərtdir: "Hamilə qalmaq üçün yumurtlama dövrü nəzərə alınmalıdır. Yumurtlama dövrünün bəzi əlamətləri var. Bunlardan biri də uşaqlıq yolu ağzından gələn axıntının tipidir. Bu axıntı sürüşkən, şəffaf və yapışqandır. Bununla yanaşı, döşlərdə həssaslıq, qarında şişkinlik və ağrı, cinsi istəkdə artım, qoxu, dad və işıq kimi xəbərdaredici vasitələrə qarşı həssaslıq yumurtlama əlamətləri arasındadır. Əgər yumurtlama dövrünü təqib edə bilmirsinizsə, apteklərdə satılan xüsusi ovulyasiya testlərindən istifadə edə bilərsiniz”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!