Qadınların yaşlarına uygun seks istəkləri

Qadınların yaşlarına uygun seks istəkləri
Cinsi Münasibət
10.09.2017 11
Məşhur psixoanalitikdən

ABŞ-ın məşhur psixoanalitiki Alain Herli qadın psixologiyası ilə bağlı ciddi araşdırmaların müəllifidir. O, 14-82 yaşlı xanımlarla söhbətlər edərək müəyyən qənaətlərə gəlib və bu qənaətlərini “Psychologies” jurnalında qələmə alıb.
Alain Herli xanımları yaş və intim həyat dövrü üzrə 6 qrupa ayırıb və dövrlər üzrə psixoloji durum barədə qeydlər edib.

16-25 yaş: romantizm

-Cinsi həyat hələ başlanğıc nöqtəsindədir. Gənc qadını sabit bir cinsi həyatdan daha çox əks cinslə əlaqə qurmaq düşündürür. Hər qarşılaşma yeni bir təcrübədir. Bu dönəmə damğasını vuran şey uşaqlıq xatirələridir. Müdafiə mexanizmləri çox güclüdür. Bir yandan macəra axtarır, digər yandan müdafiə olunmaq istəyirlər. Bu yaşın əsas özəlliyi romantizmdir. Bir yandan cinsi həyata maraq var, digər tərəfdən isə həmişə gecikən bir şahzadəni gözləməkdədirlər.


25-38 yaş: yaradıcılıq

-Duyğuların sabitliyə qovuşduğu yaşdır. Qadın, bədəninə alışmağa başlayır. Gövdəsini tanıyır. Kişilərlə yaxşı münasibətin necə qurulacağı haqqında düşünür. Cinsi həyatla bağlı bəzi incəlikləri öyrənib. Daha yaradıcı və birbaşa cinsi həyatı kəşf edib. Ancaq 35 yaşdan sonra məşhur “bioloji saat” çalışmağa başlayır. Seksdən həzz alma duyğusu artır, analıq hissiyyatı əvvəlki kimi olmur. Amma gözlənilənlərin əksi baş verəndə vəziyyət qəlizləşir. Qadın cinsi həyatdan zövq ala bilmirsə, iztirablar başlayır. Bu yaşın üstünlüyü qadının cəsarətli addımlar ata bilməsidir. 30 yaşından sonra lazım olan şey daxili enerjini toplamaq, onu yaxşı bir istiqamətə yönəltmək və bu işin qulpundan möhkəm yapışmaqdadır.

38-47 yaş: Cinsi həzz və şəhvət

-Bir qadının cinsi həyat baxımından 40 yaşına girməsi, daxili gerçəyi ilə üzləşməsi, bədəni və arzuları ilə harada olduğunu anlamaq saatıdır. Analıq vəzifələrini yerinə yetirmək duyğusu müstəqillik əvəz edir. Cinsi həyat və şəhvətə yenidən üstünlük verilir. Cinsi həyat təbii şəkildə qadınlıq duyğusunun mərkəzində yer alır. Bu yaşın əsas xüsusiyyəti qadının özünü sorğu-sual etməsidir. O,bədəni ilə nizamlı münasibət qurar. Özünəvurğunluq artar. Və ilkinc bir məqam: qadınların çoxu ilk orqazmını 38-47 yaşları arasında yaşadığını etiraf edir. Qadın arzularının gücünü etiraf edər, onu maskalamaz, inkar etməz və arzularından qaçmağa çalışmaz. Çünki cinsi həyat arzuları içərisindədir.

Pis xəbər isə budur ki, bu yaşlarda aybaşı pozulmaları baş verməyə başlayır. Bu da növbəti yaş dövrü üçün problemləri artırır. İlk problemlər seksə marağı azalda bilir, bəzi hallarda qadınlar depressiyaya düşür, nostalgiya artır. Yaxşı xəbər isə budur ki, bu yaşlarda qadın cinsi problemləri faciəyə çevirmir, lirik düşüncələri ona daha çox hakim olur.

47-50 yaş: Sorğu-suala tutmaq

-Bu dövr çox önəmlidir. Çünki bu, “50 yaşa giriş ” anlamına gəlir. Verilən suallara mütləq cavab tapılmalıdır. Artıq yaş keçir. Növbəti illəri qarşılamaq üçün özünə keçmişlə bağlı həqiqi və dürüst hesabat verməlisən. Bunun üçün üç mərhələ var. Əvvəlcə qət edilən yolun hesabatı verilir. Qət etdiyin yol məqbul hesab edilir. İrəliyə getmək haqqında düşünülür. Daha sonra evlilik, bir yerdə olma nəzərdən keçirilir. Qadın bütün ömrü boyu bunun qorunması üçün çalışıb, bu səbəbdən də indi vəziyyətin necə olduğuna baxar. Hansı vədlər yerinə yetirilib, hansı işlər görülməmiş qalıb? Bu hesabat ayrılmaq, boşanmaq məqsədilə deyil, daha uğurla irəli getmək üçün verilir. Qadın bu dövrlərdə cinsi həyatını hansı şəkildə qurmaq məqsədilə çox oxuyur. Eyni zamanda yaşlanmaq qorxusu artmağa başlayır. O, qorxularını ictimai fəaliyyətlə azaltmağa çalışır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!