Ərimi necə başdan çıxara bilərəm?

Ərimi necə başdan çıxara bilərəm?
Cinsi Münasibət
10.09.2017 8
Evli olmaq qarşılıqlı olaraq bir-birinizi başdan çıxararaq əyləncəli saatlar keçirməyə mane deyil. Bir az əzbəri pozmaq, standart şeylərdən qaçmaq və bir az da xəyal gücü kifayətdir ki, xoş saatlar keçirəsiniz.

Bir-birini görməyə alışmış iki nəfər, bir-birini uzun müddətdir tanıyan iki şəxsin seks həyatının bitdiyinə inanırsınızsa tamamən yanılırsınız. Əgər özünüzə güvənir və bir az xəyal gücünüzü işlətsəniz sizi qarşılıqlı olaraq bir-birinizi başdan çıxacağınız əyləncəli saatlar gözləyir deməkdir.

Diqqət etməyiniz lazım olan ərinizi başdan çıxararkən həmçinin sizin də başdan çıxmağınız lazımdır. Yoxsa sadəcə onun istəklərini yerinə yetirməyə çalışan oyuncağa dönərsiniz və beləliklə ərini başdan çıxara bilən, amma özü heç vaxt xoşbəxt ola bilməyən bir qadın olarsınız.

1 - Zəif işığa üstünlük verin
Zəif işıq defoları örtür. Həm göstərmək istəmədiyiniz yerləri gizlədər, həm də görmək istəmədiyiniz şeyləri sizə göstərməz. Xəyal gücünü işə salmağa da yardımçı olar.

2 - Gözlərini bağlayın
Yalnız vizual xəbərdaredicilərlə başdan çıxılmaz. Xəyal gücü və ya təxəyyül hər şeydir. Gözlərini bağlayın və ona suallar verin. Bir neçə nümunə: "Hazırda üzərimdə nə var"? "Nə rəng"? "Bəzəyi necədir"? "Onlara toxunmaq istəyirsənmi"?

3 - Toxunun
Hərəkətə keçən xəyal gücünün ilk tamamlanması toxunuşdur. Barmaqlarınızın uclarını, dırnaqlarınızı hiss etdirəcək şəkildə bədənində gəzdirin. Əgər bu əhval uzun sürsün istəyirsinizsə, ayaq içlərini və qarnını ən sona buraxın. Onun əllərini də öz bədəninizdə gəzdirin. Ancaq bu prosesi tamamilə siz idarə etməlisiniz. Əks halda kişinin toxunuşları onun tez boşalması ilə nəticələnər. Siz onu özünüz üçün başdan çıxarmaq istəyirsiniz, tez boşalmasını deyil.

4 - Qadın qoxunuzu (ətrinizi) ona çatdırın
Yer üzündə qadınlıq qoxusuna qarşı qoyacaq bir kişi yoxdur. Qulaqlarınızın arxasına öz ətrinizi vurun.

5 - Batıq səslə və yavaş danışın
Normal səsiniz, sürətli danışıq gündəlik həyatın səsidir və tələskənliyi xatırladır. Zəif səs və bir az ləng danışmaq daha uyğundur.

6 - Onu tərifləyin
Əslində nə düşündüyünüzün bir əhəmiyyəti yoxdur. Bədənini, performansını, sizə necə həzz yaşatdığını izah edərək onu tərifləyin.

7 - Nə istədiyini soruşun
Yəqin ki, o da sizə nələr istədiyini söyləmişdir. Amma yenə də soruşmağınız onun xoşuna gedəcəkdir. Burada mühüm olan onun istədiklərinin sizin üçün dözülməz olmamasıdır. Belə bir vəziyyətdə "Yaxşı, amma əvvəlcə"dən və yuxarıda sadaladıqlarımızdan birini hərəkətə keçirin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!