Boğulmuş yırtıqlar

Boğulmuş yırtıqlar
Cinsi Münasibət
10.09.2017 113
Qarın divarı yırtıqlarının ən təhlükəli halı "boğulmuş yırtıq"dır. Sadə yırtıq əməliyyatları xəstə və həkimi üçün nə qədər asan və problemsizdirsə, boğulmuş yırtıq əməliyyatları da bir o qədər çətin və risklidir.
Təcili cərrahi əməliyyat sayılan boğulmuş yırtıq əməliyyatı ilə ən uyğun şərtlərdə-elektiv olaraq aparılan normal yırtıq əməliyyatları aşağıda müqayisə edilmişdir.
Qarın divarındakı dəlikdən xaricə doğru çıxan bağırsaq, öz oxu ətrafında dolaşdığı zaman bir daha qarnın içinə geri girməsi çətinləşə bilər. Əvvəllər kürək üstünə yatdığı zaman və ya əl ilə içəriyə doğru salındığı zaman qarnın içinə girən bir yırtığın, uzanmaqla və ya əl vasitəsilə yox olmadığı hallarda "boğulmuş" yırtıq haqqında danışa bilərik:

I MƏRHƏLƏ.
Boğulmuş yırtığın ilk semptomu yırtıq şişliyinin artıq yox olmamasıdır. Bir neçə saat sonra yırtıq nahiyəsində ağrı başlayır. Xəstə bir həkimə müraciət etmədiyi halda bağırsaq keçidi də duracağına görə xəstə altdan böyük tualetə çıxa bilmir. Bununla əlaqədar olaraq xəstənin ağrıları kramp şəklində bütün qarına yayılır.

II MƏRHƏLƏ.
Xəstənin xəstəxanaya getmək istəməməsi hallarında dar bir dəlikdə sıxışmış vəziyyətdə olan bağırsaqda qan dövranı pozulmağa başlayır. Bu bağırsaq qanqrenasına səbəb olur. Bu mərhələdə xəstədə leykositlərin sayı artır və ağrısı şiddətlənir.

III MƏRHƏLƏ
Xəstənin belə halda da müalicə almaması zamanı qanqrena olmuş bağırsaq nahiyyəsi deşilir və qarnın içində yayılmış peritonit meydana çıxır. Xəstənin qızdırması qalxır, ümumi vəziyyəti ağırlaşır və sepsis yarandığına görə ölüm baş verir.

IV MƏRHƏLƏ.
Belə bir təhlükə ilə qarşı-qarşıya qalmamaq üçün ən qısa zamanda yırtıq əməliyyatı həyata keçirilməlidir.

Dr. Bəxtiyar Qəhrəmanov
Bariatik, Estetik Cərrah
(+99455) 395 44 55скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!