Qorunmamış seksin qadınlar üçün verdiyi fəsadlar

Qorunmamış seksin qadınlar üçün verdiyi fəsadlar
Cinsi Münasibət
10.09.2017 24
 
"Qorunmamış intim yaxınlıq” dedikdə intimin istənilən növünü qoruyuculardan istifadə etməməklə münasibətdə olmaq nəzərdə tutulur. Eyni insanla mütəmadi münasibətdə olmaq intimin təhlükəsizliyinə zəmanət vermir. Məsələn, bəzən düşünülür ki, ərlə-arvad arasında yaşanan intim münasibətlərin heç bir zərəri ola bilməz. Unudulur ki, bəzən kişilər həyat yoldaşlarından başqa digərləri ilə intim yaxınlıq zamanı qoroyuculardan istifadə etmir. Bu zaman risk təhlükəsi artır.

Qadinlar.Biz saytı olaraq sizə Qorunmamış intim qadınlar üçün aşağıdakı nəticələrə gətirib çıxara bilər:

· Ən çox geniş yayılanı analıq yolu və xarici cinsiyyət orqanlarının soyuqlamasıdır. Bu zaman qadınları kəskin qoxulu axıntı və göynəmələr narahat edir.

· Xroniki ağrılar: Selikli qişa yolu ilə qadınları aşağı cinsiyyət orqanlarına düşən tirxomonaddan fərqli olaraq bəzi cinsiyyət mikrobları (xlamidiya,süzənək mikrobu, mikoplazma) yuxarı nahiyələri - uşaqlıq yolunun borularını,yumurtalıqları yoluxdurur. Əlamətləri: intim yaxınlıqdan 7-14 gün sonra bədən temperaturunun qalxması, irinə bənzər axıntıların müşahidə olunması, intim zamanı ağrıların müşahidə edilməsi.

· Arzuolunmaz hamiləlik: Bəzən ehtiyatsızlıq ucbatından xanım hamilə qala bilər. Planlaşdırılmamış hamiləlik uşaq salmaya (aborta) səbəb olur. Bu da bəzən xanımlarda stress və depressiya ilə nəticələnir. Uşaq saldırmanın nə dəhşətli nəticəsi isə hormonal pozğunluq və sonsuzluqdur.

· Hamiləliyin pis keçməsi: Planlaşdırılmamış hamiləlik zamanı bəzən cinsiyyət yolu ilə keçən mikrobun inkişafına hətta onun mayallanan dölə keçməsinə səbəb olur. Bu da hamiləliyin pis keçməsinə və ya gələcəkdə qüsurlu körpələrin dünyaya gəlməsi ilə nəticələnir. Bəzən isə hamiləlik zamanı düşük baş verir.

· Böyrəklərdəki xəstəliklər: Müdafiə olunmamış intim yaxınlıq böyrəklərdə B,C hepatit virusunun inkişafına nədən ola bilər. Bu qanla keçən xəstəlikdir. Ehtiyatsız intim yaxınlıq zamanı risk təhlükəsi 10-30 faiz arasıdır. Bəzən virus inkişaf edərək sirroz və böyrəklərdə birinci dərəcəli şişin (xərçəng) əmələ gəlməsi ilə nəticələnir.

· Sifilis: Gec inkişaf edən bir xəstəlikdir. Mülacəni gecikdirsələr əsən sisteminə, bel və baş ağrılarına, böyrək və ürəkdə problemlərin yaranmasına gətirib çıxarda bilər. Sifilisin diaqnostikasını yoluxduqdan 2-3 həftə arası qoymaq olar.

Son olaraq, müdafiə olunmadan intim münasibətin ən ağır nəticəsi QİÇS xəstəliyidir. Bu xəstlikdən onlarla gənc həyatını məhv edib.

Odur ki, "ehtiyat igidin yaraşığıdır” deyib qorunaraq intim münasibətdə olun. Özünüzün və yaxınlarınızın qeydinə qalın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!