İntimdən daha vacib olan nədir?

İntimdən daha vacib olan nədir?
Cinsi Münasibət
10.09.2017 75
Bir çox cütlüklər intimdən sonra bir-birinə qarşı elə də yaxınlıq göstərmirlər. Bü cür yaxınlığın gərəksiz olduğunu düşünürlər. Əslində isə intimdən sonra yaşananlar intimin özündən daha vacibdir. Yalnız bu cür anlarda sevgini, qayğını, nəvazişi, diqqəti göstərmək mümkündür.
Nəvaziş və diqqəti o zaman göstərmək olar ki, yaşanan intimdə hər iki tərəf həzz almağı bacarıb. Bu insanları bir-birinə bağlayan əsas amildir. intimdən sonrakı ilk dəqiqədə partnyorlar bir-birini qarşı daha açıq olurlar.
intimdən sonra iş, hava, siyasət kimi problemlər danışılırsa, bu bir siqnal hesab olunur. Bu o deməkdir ki, artıq onlar arasında əvvəlki emosional ehtiras qalmayıb. Və intim yalnız fiziki bir təlabatdır. Öz partnyorunuza hissləriniz haqqında danışmaq üçün intimdən sonraki vaxt ideal zaman hesab olunur.
Sübut olunub ki, qadınlarda orqazm zamanı qanda endorfinlərin artması onları komplimentlərə qarşı daha çox həssaslaşdır. Hormonların bu növü insanda bir sıra nəvaziş duyğularının qabarmasına səbəb olur. Qadınlarda bu daha çox olduğu üçün sevdiyi insana qarşı daha həssas olur və ona maksimal dərcədə sevgisini, qayğısını göstərmək istəyir və əks cinsin nümayəndəsindən də bunu gözləyir. Amma qadına həddindən çox kompliment demək və onun artıq sənin tabeçiliyin altında olduğunu düşünmək düzgün deyil. Zərif toxunmalar və nəvazişlər qadını inandırır ki, o sevilir və öz növbəsində qadının da sevgisini gücləndirir.
intimdən sonra bir-birinə nəvaziş göstərən cütlüklər arasında münasibət daha möhkəm olur. Çox vaxt intimdən sonra kişilər arxasını çevirib yatır. Bəs qadınlar nə hiss edir? Bu cür hərəkət hər bir qadında məyusluq hissi oyadır. Onlar özlərini istifadə olunmuş və atılmış bir əşya kimi hesab edirlər. Lakin başqa problemlər də ola bilər. Əgər bu tez-tez təkrarlanan bir hal deyilsə, fizioloji cəhətdən bunu izah etmək mümkündür. Kişilərə də dincəlmək üçün vaxt lazımdır. intim qadınlara nisbətən kişilərdən daha çox psixoloji və fizioloji güc tələb edir. Əgər bu adət halını alıbsa, bunu danışmaq və həll etmək mümkündür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!