Cinsi xəstəliklərdən necə qorunmalı?

Cinsi xəstəliklərdən necə qorunmalı?
Cinsi Münasibət
10.09.2017 44
Qadın cinsi infeksiyaları yay xəstəliklərinə aid olmasa da, isti mövsümdə onlara daha tez yoluxulur. Xlamidiya, trixomonas, ureaplazma,mikoplazma və digər mikroblar isə orqanizmə daha çox cinsi yolla daxil olur.
Vəziyyəti şəxsi gigiyenanın olmaması da çətinləşdirir. İnfeksiyaya məişət yolu ilə də yoluxmaq olar. Misal üçün,hamamda alt paltarsız oturarkən və ya yoluxmuş şəxsin məhrəbasından istifadə edərkən, ictimai tualetlərdən istifadə zamanı yoluxmaq mümkündür.
İlk öncə yoluxmanız haqqında məlumatsız ola bilərsiz. Bəzi mikrob növləri — xlamidiya, ureaplazma,qardnerella — heç bir qorxunc simptomlarla təzahür olunmadan sakit yaşamağa malikdir. Mikrob daşıyıcısı olmanız haqqında, həyat yoldaşınızın xəstələnməsindən sonra xəbər tuta bilərsiz. Çoxları belə hallarda bir-birini nahaq yerə xəyanətdə günahlandırmağa başlayır.
Sadəcə olaraq, əriniz infeksiyaya qarşı sizdən daha həssasdır, sizin isə immunitetiniz möhkəmdir.Vəziyyətdən ən yaxşı çıxış yolu — hər ikinizin müayinədən keçməyiniz və birlikdə müalicə olunmağınızdadır.Hadisələrin başqa inkişaf variantı da təəccüb doğurur. Misal üçün, qadının həyatında kişi olmadıqda və ya onun ilə çoxdan ayrıldıqda.
Və birdən-birə o, özündə bu xəstəliyin simptomlarını aşkar etdikdə və infeksiyanı analizlərdə təsdiq etdikdə, təəccüb daha da artır. Məsələ ondadır ki, əvvəllər orqanizm müqavimət göstərərək,mikroba baş qaldırmağa imkanvermirdi, indi isə müxtəlif səbəblərə görə, müdafiə zəifləmişdir və mikrob aktivləşmişdir.
Profilaktik sədaqət infeksiyaya yoluxmanın qarşısını almaq üçün aşağıdakı qaydalara riayət etmək lazımdır.

1. Ailənizə sədaqətli olun.
2. Prezervativdən istifadə edin.
3. İntim gigiyena qaydalarına riayət edin.Qıcıqlanma, qaşınma,ifrazat əmələ gəldikdə,onları zəif kalium-permanqanat məhlulu və ya çobanyastığı cövhərinin köməkliyi ilə aradan qaldırın. Yaxşı olar ki, həb və ya şam şəklində hər hansı xüsusi iltihaba qarşı vasitələr əlinizin altında olsun. Bu, yaxşı yoxlama üsuludur:bayağı süd yarası onların təsiri altında keçəcək, cinsi infeksiyaya isə təsiri olmayacaq. Belə halda dərhal həkimə müraciət etmək lazımdır.
4. İldə bir-iki dəfə profilaktik ginekoloji(qadınlar) və androloji (kişilər) müayinədən keçin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!