Bal Ayı Seçimi

Bal Ayı Seçimi
Evlilik
10.09.2017 32
Bal Ayı Seçimi
Evlilik hazırlıqları, toy özü nə qədər həyəcanlı, maraqlı bir mərasim olsa da o qədər də yorucu, gərginlik yaradan bir mərasimdir. Ona görə də adətən, yeni evlilər toy mərasimindən sonra tez dincəlməyə çalışırlar və bal ayı da bunun üçün əla fürsətdir.
Bundan əlavə, bal ayı yorğunluğu aradan götürməklə yanaşı, həm də yeni evliliyin daha maraqlı başlanmasına, nəhayət ki, tamamilə baş-başa, problemlərdən, işdən uzaq qala bilmələri üçün əla fürsətdir.
Nəzərdə saxlayın ki, bal ayını toydan həmən sonra etmək lazımdır, çünki sonra gecikmiş bir bal ayı, bal ayı deyil, sadəcə tətildir. Ən azından toydan sonra bal ayını təxirə salsanız bu sizin yenidən gərgin iş həyatına qayıtmağınıza və yeni qurduğunuzu evlilikdən tam həzz ala bilməmənizə səbəb olacaq.
Nəyin bahasına olursa olsun bal ayınızı təxirə salmayın. Pulu bəhanə etməyin, bunun üçün toy pulundan da bir miqdar ayıra bilərsiniz. Unutmayın ki, bal ayı bir dəfə yaşanacaq və sizə unudulmaz dəqiqələr yaşadacaq ona görə də, bal ayınızı təxirə salmayın.
Bir məqamda var ki, indiki dövrdə çox az miqdarda pul xərcləyərək, bal ayınızı keçirə bilərsiniz.
Əgər iş qrafikiniz çox ağırdırsa, onda heç olmasa həftə sonunda şəhər kənarına çıxın. Bunun sizə necə müsbət təsir göstərəcəyini özünüz də hiss edəcəksiniz. Az da olsa özünüzə və sevdiyiniz insana vaxt ayırın.
Nəzərə alın ki, dincəlmək üçün xarici ölkəyə getmək elə də vacib deyil, ölkəmizin Nabran, Bilgəh, Mərdəkan, Novxanı, Zaqatala, Lənkəran, İsmayıllı kimi gözəl məkanları var.
Bal ayının harada və necə keçirilməsini müəyyənləşdirmək üçün isə ilk növbədə hər ikinizin necə bir iqlim sevdiyinizlə bağlı bir ortaq fikrə gəlməlisiniz. Ancaq dincəlmək üçün xarici ölkələrə getmək istəsəniz bal ayınızı mütləq ən az 2-3 ay əvvəlcədən planlamaq daha qənaətli olacaqdır.
Məsələn, elə insanlar var ki, onlar qışı, qarı, sərin havanı, ya payızı, onun qızıl yarpaqlarını, romantikanı, digərləri isə günəşi, dənizi, əyləncəni, tropik iqlimi sevirlər. Seçdiyiniz məkan da bunlara uyğun olmalıdır.
Bundan başqa, bal ayı keçirəcəyiniz məkanın xidmətləri, yeməkləri, yeni evlilər üçün təklif etdiyi sürprizlər, məkanın mədəniyyəti, qarşılaşacağınız və heç yerdə görməyəcəyiniz, maraqlı məqamları da nəzərə alın ki, bal ayınızı unudulmaz və maraqlı keçirəsiniz.
Bal ayı planınızda çətinlik yaşasanız bizimlə əlaqə saxlaya bilərsiniz
 
Redakte etdi: PRETTY GİRL
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!