Nikah gecəsinin sirləri

Nikah gecəsinin sirləri
Evlilik
10.09.2017 235
Nikah
vəya zifaf gecəsi bəylə gəlinin ilk dəfə, necə deyərlər, bir yastığa
baş qoyduqları gecəyə deyilir. İmam Sadiq (ə) buyurur: "...Gecənin əvvəl
saatlarında cinsi yaxınlıq etməyin...” Yəni zifaf gecə vaxtı olmalıdır.
Bu, gecəyarıya yaxın olsa daha yaxşıdır. Amma, heç də o demək deyil ki,
həyat yoldaşı ilə yalnız gecələr yaxınlıq etmək olar. Dediklərimiz
ancaq zifafa aiddir, çünki insan gündüz fəaliyyət göstərdiyindən
gərginlik keçirir və gecə istirahət edir. Bunun isə doğulacaq övlada
müsbət təsiri var. Digər tərəfdən, gecə gəlinin ismət və həyasının
qorunması üçün daha münasibdir. Peyğəmbər (c) buyurur: "Gəlinlə zifafı
gecə edin, onun qonaqlığını isə gündüz verin”.

Bəzən nikah gecəsi
cinsi əlaqə ya tamam mümkün olmur, yada natamam baş verir: nəticədə
gəlin ər evində qız kimi qalır, buna görə də hamilə ola bilmir.
Təbabətdə buna virqoqamiya (latınca virqo – qızlıq, bakirəlik; qamos -
ər) vəya qız (bakirə) nikahı deyilir. Mütəxəssisə müraciət olunmadıqda
bu hal uzun müddət və hətta ömürlük davam edə bilər. Belə ər-arvad
bir-birinə sədaqətli olsa da, ailə səadətinə qovuşa bilmir.
[/b]
Nikahdan sonra yaranan problemlər
Nikahdan sonra müxtəlif səbəblər üzündən problemlər yarana bilər. Asan anlaşılması üçün onları 3 qrupa bölək:

1. Qorxu, həyəcanla bağlı problemlər;
2. Məlumatsızlıq və təcrübəsizlikdən yaranan səbəblər;
3. Erektil disfunksiya vəya cinsi zəiflik (impotensiya).

Birinci səbəb qorxu, həyəcandır ki, bu da bəzi
qızların nikah gecəsi barədə olan yalnış söhbətlərdən aldığı psixi
təsirdir. Bir qızı yengəsi elə qorxutmuşdu ki, o, gəlin köçsə də, ər
evində 3 il qız kimi qalmışdır. Qorxu bəzən o qədər çox olur ki, bəy
gəlinə toxunmaq, hətta yaxınlaşmaq istəyəndə qızın bütün bədəni sıxılır
və əlaqə mümkün olmur.
İkinci səbəb ər-arvadın cinsi
əlaqə və cinsi həyat barədə məlumatsızlığından, təcrübəsizliyindən və
s. ibarətdir ki, bu da ailədə sərt tərbiyənin nəticəsidir.
Üçüncü səbəb kişilərdə cinsi zəifliklə bağlıdır. Bu halı törədən tibbi-psixoloji
səbəblər müxtəlifdir. Əvvəllər zəif olmayan bəy eşitdiyi yalnış
söhbətlərdən aldığı psixi zərbədən, psixoloji çətinliklərədən və s.-dən
nikah gecəsi zəifləyir. Gəlinin qorxu keçirməsi, yengənin bayırda
gözləməsi, yatağın gizli və rahat yerdə olmaması kimi hallar da bəyi
həyəcanlandırır. Oğlana bəzən uzun müddət nişanlı qalmaq da pis təsir
edir. Nikah gecəsi "bəy-gəlin bağlanıb”, "tilsimə düşüb”, "qorxub” və s.
kimi xalq arasında yayılan söhbətlər də elə bu səbəblərdən yaranıb.

Problemin həlli yollari
30 illik təcrübəmə və
dünyanın bir çox klinikalarında gördüklərimə əsaslanıb deyə bilərəm ki,
bütün bakirə nikahların müalicəsi tamamilə mümkündür. Mütəxəssisə tez
müraciət olunarsa müalicə tez də başa çatar.

Belə ailələrdə, hətta nikah gecəsi normal keçən ailələrdə bəzən
sonsuzluq (qadın və kişidə analizlər normal olduqda belə) yaranır.
Düşmələr, hamiləliyin toksikozu, qarında və sidik-cinsiyyət üzvlərində
narahatlıq, qeyri-adi ağrılar, cinsi yaxınlıqdan həzz almama, hava
çatışmazlığı hissi, ürək nahiyyəsində xoşagəlməz ağrılar, qan təzyiqinin
dəyişməsi, başda, beldə və oynaqlarda ağrılar, həyata marağın azalması,
bir sözlə, ruh düşkünlüyü ilə əlaqədar müxtəlif əlamətlər əmələ gəlir.
Xəstələr bəzən illərlə ginekoloqa, nevropatoloqa, kardioloqa,
qastro-enteroloqa, uroloqa və s. həkimlərə müraciət edirlər.

Belə halların əsasında qorxu, həyəcan, bəzən ruh düşkünlüyü
olduğundan aparılan müalicələr effekt vermir. İstənilən həyəcanı (hətta
işlə, səhnə ilə, imtahanla bağlıdırsa belə) yox etmək mümkündür. Müasir
psixoloji, psixoterapiya ilə (xahiş edirik psixiatriya ilə səhv
salmayın) həyəcanı bir neçə saata və bir neçə seansa itirmək olur. Xalq
dilində desək: "Tilsimi sındırmaq olur”. Lazımi hallarda dərmanlardan da
istifadə edirik.

Analar! Qızınızın səadətə qovuşmasını
istəyirsinizsə, onu nikah gecəsinə hazırlayın. Əlbəttə, bu, çoxunuza
qəribə və çətin gəlir. Onda bizə də müraciət edə bilərsiniz.
Qızlar! Romanlara, poeziyaya çox uymayın. Biz heç də romantikanın əleyhinə
deyilik. Amma, romantika nəzəriyyə, ər-arvad həyatı isə təcrübədir.
Atalar! Övladınızın tərbiyəsi zamanı abır-həya pərdəsini götürməmək şərtilə oğlunuzu cinsi həyata hazırlayın.
Oğlanlar! Nikahdan əvvəlki və sonrakı həyatınızı mənalı yaşamaq istəyirsinizsə,
istənilən problemlə üzləşən kimi çəkinmədən mütəxəssisə müraciət edin.
Biz sizlərə istənilən ailə problemləri ilə bağlı yardımçı olmağa
hazırıq.

[b]Şəmsəddin Babayev
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!