Evlilikdə kişinin hansı vəzifələri var?

Evlilikdə kişinin hansı vəzifələri var?
Evlilik
10.09.2017 29
Hər
bir qız sevdiyi insanla ailə həyatı qurmaq istəyir. Sevdiyi insanla
evlənən qızlar özünü dünyanın ən xoşbəxt qadını hiss edir. Lakin evlilik
daha ciddi və məsuliyyətli bir işdir. Xarekterlərə və başqa bir ailəyə
alışmaq asan olmur. Yəni, sevdiyin insanla ailə qurmağın gözəl tərəfi
olduğu kimi, çətin tərəfləri də var.



Evliliyi normal və
mehriban şəkildə davam etdirmək üçün hər iki tərəfin etməli olduğu
vəzifələr var. aşağıda yazılam maddələr evliyi normal şəkildə davam
etdirməyə kömək edə bilər. Bu maddələri evlənməzdən əvvəl həyat
yoldaşınızla birlikdə oxuyun.



Kişilər

1. Həyat
yoldaşınızı dinləyin. Hansısa proqramı izləyərək həyat yoldaşını
dinləmək və söhbət etmək sayılmır. Söhbət zamanı fikriniz ancaq qarşı
tərəfdə olmalı və gözlərinin içinə baxaraq dinləməlisiniz. Belə etsəniz,
qadın dır-dırından heç vaxt şikayət etmək məcburiyyətində qalmacaqsınız
və eyni sözləri dəfələrə eşitməyəcəksiniz.

2. Həyat
yoldaşınızla danşın və sıx ünsiyyətdə olun. Bir-biriniz haqqında hansı
məlumatlara sahib olduğunuzu öyrənin. Təxminlər və  uydurmalar əvəzinə,
öyrənmək istədiklərinizi və həqiqəti soruşun. Şübhələr və suallarla
yaşamağa son verin.

3.
Bütün insanlar fərqlənir. Buna görə də həyat yoldaşınızdan eyni ilə
ananız kimi dadlı yemək bişirməyi və əvvəlki sevgiliniz kimi sosial
olmasını gözləməyin. Həyat yoldaşınızı davamlı olaraq başqası ilə
müqayisə etməyin. Kişilər kimi qadınlar da müqayisə edilməkdən heç
xoşlanmır.

4. İşdən evə gedərkən telefonda və interdə az oturun. Davamlı olaraq internetdə olan kişi ilə yaşamaq bir qadın üçün dözülməzdir.

5. Qadınların
güllərdən, hədiyyə almaqdan və romantik axşam yeməyindən xoşlandığını
hər kəs bilir. Qadın üçün hədiyyənin heç bir önəmi yoxdur. Qadınlar
sadəcə diqqət gözləyir. Hədiyyələr və güllər isə diqqəti əks etdirir.
Kiçik bir hədiyyə ilə də olsa, hərdən həyat yoldaşınızı sevindirin.

6. Evi
kişi idarə edir. Lakin bunu diktatorluq səviyyəsində etmək lazım deyil.
Kişi və qadının evdə hərəsinin ayrı-ayrı vəzifələri var. Yəni, hər biri
öz vəzifəsində lider ola bilər.

7. Qadınlar üçün cinsi münasibətlərdə səmimilik və yaxınlıq vacib
məsələdir. Qadına əmir vermək yerinə, istəklərinizi xahiş şəklində
bildirin. Qadına əmir versəniz, o sizə heç vaxt istədiyiniz kimi yaxın
olmayacaq.

8. Yaxşı
evlilik üçün həm qadınlar, həm kişilər dostları ilə istədikləri vaxt
zaman keçirməlidir. Yəni, dostlarla görüşməyə qadağa qoyulmamalıdır.

9. Uşaqlar olduqdan sonra bütün vaxtınızı uşaqların tərbiyəsinə sərf etmək
düzgün deyil. Cütlüklər bir-biri ilə yaxşı vaxt keçirmək üçün əyləncəyə
və.s şeylərə zaman ayırmalıdır.




Redakte etdi: PRETTY_GIRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!