Ailədə üç amil

Ailədə üç amil
Evlilik
10.09.2017 23
 Ailənin qırılmaz və həm də çox kövrək bağları var. Bunlardan biri və başlıcası məhəbbətdir. İkincisi, inamdır. Üçüncüsü, sədaqət, yəni dözüm, etibardır. Bu bağlardan biri qırılanda ailə bir gözünü itirir.


 İkincisini itirəndə, ailə ikinci gözünü itirir. Üçüncünü, itirəndə zəlzələ baş verir, ev hər iki tərəfin başına uçur. Tərəflər zəlil olur. Uşaq varsa, onlar ağıldan, mədəniyyətdən, insanlıqdan kasıb olur. Odur ki, bəy və gəlinə bu mühüm bağların qorunmasını tapşırıram.


 Ailənin dirəyi əxlaqdır. Hansı ailədə əxlaq yoxdursa, o ailə yox, xarabaxana, dəlixanadır. Əgər əxlaq yoxsa və ailədə hər şey varsa, ailə başçısı uzunqulaqdır.

 

 

 Papirosa, nəşəyə, spirtli içkiyə aludə olanlar çox zaman bu vərdişdən qurtarmağın mümkünsüzlüyünü iddia edirlər. Bunlar bəhanədir. Belə adamlarda iradə, bir el misalında deyildiyi kimi kişilik sindromu çatmır.


 Bir şah torpaq yeməyə aludə olmuşdu. Ölkəsinin həkimlərini bir-bir çağırıb onu bu bəladan qurtarmaq üçün bir ay vaxt verir. Bu müddət ərzində nəticə alınmır və həkimin boynunu vurdurur. Beləliklə ölkədə həkim qalmır. Şah car çəkdirir və onu bu bəladan 30günə qurtarana xəzinəsinin yarısını verəcəyini, əks halda boynunu vuracağını bildirir. Bu sözləri eşidən dilənçi fikirləşir:


- "Gedim mən də özümü sınayım. Tutar,adam kimi yaşayaram. Tutmaz, belə yaşamaqdan ölüm yaxşıdı". Dilənçi gəlir şahın sarayına və şahı sağaltmaq istədiyini bildirir. Şah şərtini bir daha elan edir. Dilənçi deyir: - Şah sağolsun,de görüm kişisən, yoxsa qadın?


 Şah qəzəblənir və deyir: "Bu nə cəsarətdir, görmürsən kişiyəm?!" Dilənçi deyir - kişisən,bir dəfə de ki torpaq yeməyəcəm,yemə də.Nə düşmüsən xalqın canına?


 Şah sarsılır, bir az keçir həyəcanla vəzir və vəkilə deyir: Afərin,məni istəyən bu kişini mükafatlandırsın, açın xəzinəni ondan ötəri..! 


 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!