Sosyal Medya Münasibətinizə Təsir Edirmi?

Sosyal Medya Münasibətinizə Təsir Edirmi?
Evlilik
10.09.2017 26
Edilən yeni bir araşdırmaya görə qadınlar, ictimai paylaşma saytlarında sevgilisinin qadın yoldaşlarının çox olmasından narahatlıq duyur. Heç çaşdırıcı gəlmədi, deyilmi?

Bir saytın etdiyi anket işində, saytın üzvləri arasında olan 18-45 yaş arasındakı 1.576 qadın və kişiyə "İctimai paylaşma saytları əlaqəniz üzərində nə qədər təsirli?" sualı yönəldilmiş.

Nəticələr qadınların qısqanc, kişilərinsə maraqlı olduğunu göstərir. Anketdə kişilərin yüzdə 17-i yoldaşının ya da sevgilisinin istifadə etdiyi şifrələrdən xəbərdar olmaq istədiyini söyləmiş. Qadınların yüzdə 28-i isə qarşı cinslə olan yoldaşlıqlara çox isti baxmadığını ifadə etmiş.

İctimai paylaşma saytlarında yoldaşının ya da sevgilisinin qadın yoldaş sayının çox olmasından narahat olacağını söyləyənlərin sayı da çox çox.

Digər tərəfdən həm qadın həm də kişilər, ictimai paylaşma saytlarının əlaqələri üzərində hər hansı bir mənfi təsir meydana gətirmədiyini söyləmiş. Qadınların yüzdə 35-i, kişilərinsə yüzdə 50-i sevgilisinin ictimai paylaşma saytlarında gəzişməsinin onu maraqlandırmadığını, əhəmiyyətli olanın güvən olduğunu ifadə etmiş.

Tərcümə etdi: PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!