+++++++++Evlilik Ağacı Haqqında

+++++++++Evlilik Ağacı Haqqında
Evlilik
10.09.2017 19
Yeni evli bir cüt vardı. Evliliklərinin daha ilk aylarında, bu işin heç də xəyal etdikləri kimi olmadığını anlamışdılar.

Əslində bir-birlərini sevmir deyillər idi. Son zamanlarda o qədər sıx olmasa da, evlənmədən əvvəl tez-tez bir-birlərini çox sevdiklərinə dair nə qədər də dil tökmüşlər idi. Amma indilərdə, kiçik bir söz, kiçik bir hadisə aralarında orta diametrli bir döyüşün çıxmasına çatırdı.

Bir axşam oturub, əlaqələrini nəzərdən keçirməyə qərar verdilər. Hər ikisi də, boşanmanı istəməməklə birlikdə, işlərin belə getməyəcəyinin fərqində idilər.

Kişi, "Ağılıma bir fikir gəldi" dedi. "Bağçaya bir ağac əkək və əgər bu ağac üç ay içində qurusa boşanaq. Qurumaz da böyüsə bunu bir daha ağılımızdan keçirməyək. Bu müddət içində də ayrı-ayrı otaqlarda qalaq."

Bu maraqlı fikir xanımının da xoşuna gəldi. Sabahısı gün gedib bir meyvə cücərtisi götürdülər və birlikdə bağçaya əkdilər.

Aradan bir ay keçdi. Bir gecə bağçada qarşılaşdılar. Hər ikisinin də əlində içi su dolu bir bidon vardı.



Tərcümə etdi:
PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!