Gəlinin dini yox, qaynananın imanı...

Gəlinin dini yox, qaynananın imanı...
Evlilik
10.09.2017 9
Hər evliliyin əvvəlində gəlin və qaynana arasında mübahisə olur. Heç kimin olmur deyəcəyini zənn etmirəm. Oğlunu qısqanan və yad qızla bölüşmək istəməyən ana bir tərəfdə və həyat yoldaşı olmaq üçün yola çıxmış, çətin günü, pis günü, sevgi dolu günləri bölüşdüyünüz, həyat yoldaşım dediyiniz qadın bir tərəfdə. Gəlin-qaynana münasibəti bol raundlu və sonu nakautla bitəcək, qızıl kəmər mükafatlı boks yarışı kimi olan bir ardıcıllıqdır...

Yarışın necə bitəcəyi ilə maraqlananları çox gözlətməyib, mənim yox alimlərin deyəcək sözləri olduğunu deyərək rahatladım. Yaponiyanın Tsukuba Universitetinin alimləri gəlinləri ilə yaşayan qaynanaların qızları ilə yaşayanlara nisbətən ölüm risklərinin iki qat artıq olduğunu təyin etmişdirlər. Mən deyim kədər öldürür, siz deyin əcəlindən ölür, amma, həmişə eyni olur. Zarafat bir yana doğurdanda gəlini və oğlu ilə yaşayan qaynanaların səhhəti ilə bağlı problemləri daha çox olur. Oğlunu paylaşmaq istəməyən ana, gəliniylə daim mübarizədə olduğu üçün həmişə sevgi görmək istəyir. Bu stress və yorğunluq da qaynananın ömrünü ciddi dərəcədə azaldırmış. İşin maraqlı digər tərəfi isə budur ki, tək yaşayan qaynanalar gəlini ilə yaşayanlardan daha çox yaşayır. Günümüzdə də gəlin-qaynana mübahisələrini eşidirik və alimlərə görə də bu yarışın qalibi böyük fərqlə gəlinlər olur.

Bəylər, analarımız bizə nə qədər etiraz etsələr də, əsəbləşsələr də gerçəkləri demək vaxtı çatıb. Bu mübarizəni dayandıra biləcək yeganə güc sizsiniz. Güman edirəm ki, analara bunu şirin dillə izah etsəniz etiraz etməyəcəklər.



/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!