Toya dəvət olunacaq qonaq siyahısının hazırlanması

Toya dəvət olunacaq qonaq siyahısının hazırlanması
Evlilik
10.09.2017 17
Toyunuz var və qonaq siyahısı hazırlamanız lazımdır. Belə bir probleminiz varsa,qonaq siyahısınının necə hazırlanacağını, hazırlayarkən nələrə diqqət yetiriləcəyini və kimisə yaddan çıxarmamaq üçün nələr etməlisiniz?

Bu yazımızda sizlərə bir az bunlardan bəhs edəcəyik buyurun.

 

İlk hazırlıq.

İlk olaraq əlinizə bir kağız və qələm alın, ağılınıza gələn adları yazın. Ailənizdən başlamanız sizin üçün daha yaxşı olacaq. Daha sonra da dostlarınız və ailənizin dostlarına keçə bilərsiniz. Eyni əməliyyatı kürəkən namizədinin də etməsini istəyin.



Kömək.

Qonaq siyahısını hazırlayarkən mütləq ailə böyüklərindən, ananızdan ya da atanızdan da kömək istəyin. Məsələn: siz öz dostlarınızı yazarkən onların da bir siyahı tutmalarını istəyə bilərsiniz. Beləliklə heç kimi yaddan çıxarmamış olarsınız.



Büdcə.

Toy mərasiminizin nə şəkildə olacağı da qonaq siyahısında əhəmiyyət daşıyır. Əgər möhtəşəm bir toy olacaqsa ,yəni çox adamı çağıracaqsınızsa problem yaranmaz,lakin sadə ailə arasında bir mərasim düşünürsünüzsə bu halda  diqqətli olmalısınız. Bu cür vəziyyətlərdə bəzən problemlər, incikliklər yaşana bilir. Ən yaxınlarınızdab başqa çox adamı çağırmaya bilərsiniz. Eyni zamanda uşaqların gətirilməməsini dəvətnamənizin bir küncünə yaza bilərsiniz.



Diqqət yetirilməsi lazım olanlar.

Qonaq siyahısını ən az 3 ay əvvəldən hazırlamalısınız.

Toydan 2 ay əvvəl dəvətnamə modelini və sayını təyin etməlisiniz.

Dəvətnaməyə bir telefon nömrəsi də əlavə edərək, dəvət etdiyiniz insanların gəlib-gəlməyəcəklərini sizə bildirə bilmələrini təmin etməlisiniz.

Şəhər xaricindəki qonaqlara dəvətnamələrini daha əvvəl göndərməlisiniz.

Dəvətnamə sayını təyin edərkən son anda ola biləcək çatışmazlıqlara qarşı bir az daha çox hazırlıqlı olmalısınız.



/Mənbə :Qadınlar.biz/

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!