''Bəli'' demədən əvvəl

''Bəli'' demədən əvvəl
Evlilik
10.09.2017 11
Doğru seçkini edib etmədiyiniz mövzusunda hələ şübhələriniz varsa, yazımıza nəzər salmanızda fayda var...
Evlənmə təklif etmədən, ya da evlənmə təklifinə "bəli" demədən əvvəl əlaqə, pul, cinsilik və ailə mövzularındakı düşüncələrinizin uyğunlaşmasına əhəmiyyət verməlisiniz. Bu dörd əhəmiyyətli mövzuda diqqət yetirməniz lazım olan nöqtələr...
Əlaqə baxımından...
1-Bir-birinizdən götürdüyünüz tövsiyələr işə yarayır, sizi daha xoşbəxt edirsə..
2-Bir-birinizin qərarlarını onu xoşbəxt etmək üçün belə olsa dəstəkləyirsinizsə...
3-Mübahisə etdikdən sonra kin tutmaq yerinə, problemlərinizi dilə gətirirsinizsə...
4-Mübahisələrinizi, hər ikinizi də xoşbəxt edəcək qərarlara çataraq təhlil edirsinizsə...
5-Əlaqənin səy tələb etdiyinin fərqindəsinizsə...
6-Bir-birinizə hörmət edir və dinləyirsinizsə...
Pul baxımından...
1-Bənzər xərcləmə və yığma vərdişlərinə sahibsinizsə və evlənincə necə davranacağınız mövzusunda qərara gəldinizsə...
2-Faktura ödəmələri və borc ödəmə mövzusundakı tutumlarınız bənzəyirsə...
3-Əgər varsa, bir-birinizin təcrübələrindən və borclarından xəbərdarsınızsa...
4-Evlənincə təcrübələrinizi necə birləşdirəcəyiniz mövzusunda razısınızsa...
5-Bənzər gəlir və xərcləmə hədəflərinə sahibsinizsə...
Ailə baxımından...
1-Onun ailəsiylə yaxşı razılaşa bilirsinizsə...
2-İrəlidə həyatınızda bir-birinizin ailəsinin oynayacağı rolun fərqindəsinizsə...
3-Evləndikdən sonra ailədə ən çox əhəmiyyət verəcəyiniz adamın yoldaşınız olacağını düşünürsünüzsə...
4-Əvvəlki evliliyinizdən uşaq sahibisiniz, uşağınız və evlənəcəyiniz insan yaxşı razılaşa bilirsə...
5-Yalnız evlənəcəyiniz insanın deyil, onun ailəsinin də məsuliyyətini ala biləcəyinizin fərqindəsinizsə...
(Əgər çoxunu 'bəli' olaraq cavablandırdınızsa, onunla evlənməyə hazır olduğunuza əmin ola bilərsiniz. Ancaq çoxuna 'xeyr' ya da 'bilməyirəm' cavablarını verdinizsə, evlənmədən əvvəl bir-birinizi daha yaxşı tanımanız, ikiniz üçün də daha yaxşı olacaq...)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!