Nə vaxt intim əlaqəyə girməli, toydan əvvəl, ya sonra?

Nə vaxt intim əlaqəyə girməli, toydan əvvəl, ya sonra?
Evlilik
10.09.2017 25
Zaman: XXI əsr.



Məkan: Azərbaycan.



Mövzu: Nə vaxt sevişməli, toydan əvvəl, ya sonra?



Əslində
yazı burda bitməliydi, amma iki cümləni kim yazı deyib dərc edəcək?
Gördüyünüz kimi ölkədə azadlıqdan məhrum olunan təkcə intim deyil. Ona
görə də davam edək.



Yaxşı ki, bu ölkədə yazılan, deyilən nə
varsa ölkədən kənara çıxmır. Yaxşı ki, bütün bunları özümüz oxuyub,
özümüz müzakirə edirik.



Aya peykimizi də uçurduq, amma hələ də intim həyatımızı bir tərəfə çıxarda bilmədik.



Həyatımızı yaşamağa cəsarətimiz çatmadığı halda hamını ittiham etməkdə cəsarətliyik.



Bu mövzunu müzakirə etməyin özü belə əcaibdir. Sonunda sənə dünyanı yox, özünü idarə et deyirlər.



Bizim
insan sevməyi öyrənəndə ən çox sevilmək istəyənlər ona rüşvət təklif
edib. Körpəlikdən uşağın cibinə pul qoyulub, əlinə konfet verilib ki,
səndən "kimi çox istəyirsən” soruşanda məni de. Uşaq da hələ özünü dərk
etmədən, sevginin nə qədər gəlirli bir sahə olduğunu anlayıb.



Siz
heç eşitdiniz ki, bir qız bəyənmədiyi oğlan haqda "Mən onunla sevişə
bilmərəm” desin? Amma hamısı belə deyir: "Kasıbdı, maaşı azdır, məni
necə saxlayacaq?”



Ərə gedəndə belə "sevgi”sinin əvəzi yaxşı ödənməlidir.



İndi bu insana azad intim artıq doza qəbulu sayılmazmı?



intimin azad olduğu ölkələrdə belə minlərlə insan sevişmək üçün toyu gözləyir.



intimin azad olmadığı ölkələrdə belə minlərlə insan sevişmək üçün toyu gözləmir.



Yəni
dünya bu problemi çoxdan çözub. Sakitləşməli və ürəyinizdə bir-birinizə
qarşı yığılan aqressiyanı bəkarət adı altında püskürməməli. Bu
müzakirəyə buraxılmadan, hər kəsin öz-özünə qərar verəcəyi bir şeydir.





Amma
bununla bağlı bir neçə sualım var. Onları burdan Azərbaycan
Respublikası Dövlət Milli Mənəvi Dəyərlərin Müdafiəsi Komitəsinin
səlahiyyətlilərinə ünvanlayıram:



21 ildir yüzlərlə qadını əsirlikdə olan bir xalqı təkcə qızlarının toya qədər sevişməməyi namuslu xalq edəcək?



Talelərindən xəbərimiz olmayan əsirlikdə təcavüzdən doğulan qızlar da bizim qeyrətimiz sayılırmı?



Anaların
küçədə diləndiyi, ataların qızının yatağından boylandığı bir məmləkətdə
qeyrətimiz qızların bəkarəti iləmi sığortalanır?



Bunları keçək,
o qədər də önəmli deyil. Sizin Dövlət Komitəsinin əsasnaməsinə əsasən
bakirəlik abır-həya deməkdirsə, bir qızın səsi çatan qədər "bakirəyəm”
çığırması əsasnamənizin tələblərinə cavab verirmi?



P.S. Bizim
insanla nəinki azad intim, azad heç nə etmək mümkün deyil. Sıfırdan
başlamalı, yenidən uşaq doğmalı və onu azad böyütməli. Məsələn, ona
əvəzsiz, qarşılıqsız sevməyi öyrətməli. O da zamanı gəlincə öz bədəni və
hissləri ilə daha doğru davrana biləcək.



Vüsalə Məmmədova // Kulis

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!