Sevgilinizin “Evlən mənlə” deməsi üçün..

Sevgilinizin “Evlən mənlə” deməsi üçün..
Evlilik
10.09.2017 33
Bu məqalə sevdiyiniz adamın sizinlə evlənməsi üçün hansı addımları
atmamağınızı açıqlayacaq. Bəzən olur ki, qadınla kişi arasında
münasibətlər çox uğurlu başlanır, kişi üçün öz axarı ilə cərəyan edən
münasibətlər qadın üçün nikahla bitəcək kimi görünür. Və münasibətlər
birdən birə sona yetdiyində qadın təəccüb içində qaldığı halda kişi üçün
adi hal sayılır.
Bəs bu problemləri yaşamamaq üçün nə etmək lazımdır?
İlk öncə aktivlik göstərmək lazım deyil. Məsləhətimiz təəccüb doğursa
da bu belədir. Nikah masasına zorla oturdulan insan xoşbəxt
olmayacaqdır. Çox vaxt təzyiqə iradəsiz kişilər məruz qalır. Ailə
həyatında onlardan istədyiniz kimi istifadə edə bilərsiniz, lakin belə
həyat yoldaşına illər keçdikdə hörmət də itir. Düzdür, ağıllı qadın
sevdiyi kişiyə onu alması üçün taktik olaraq da təzyiq göstərə bilər və
kişinin bundan xəbəri belə olmaz. Təzyiqdən başqa sevdiyiniz kişi ilə
intim həyata başlamağa, ailəsi ilə tanış olmağa tələsməyin. Onun sizi
qazanmasına şərait yaradın.
Başqa kişilərlə flirt də ailə həyatına qədəm qoyması üçün sevdiyiniz
şəxsi həvəsləndirməyəcək. Çox kişi tanışınızın olması onun gözündə sizi
ucaltmayacaq. O sizinlə intim həyat yaşayacaq, sizinlə görüşəcək lakin
evlənməyə addım atmayacaq. Onun həyat yoldaşı olmağınız üçün onun sizin
üçün yeganə və dəyərli olduğunu göstərməlisiniz. Bu məsləhətlər
sevdiyinizin sizinlə evlənməsinə kömək edəcək.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!